main-post-cover

    Okeanda mövcud olan qoruyucu maskaların parçalanmaları üçün 1000 il vaxt lazım olacaq

    Süni İntellekt
    27.12.2021
    Emil Nəcəfov
        Alimlər mikroplastik materiallarla çirklənmənin qarşısını almaq üçün qoruyucu maskaların düzgün şəkildə emal edilməsinə çağırış edirlər. Koronavirus pandemiyasının başlaması ilə həyatımıza qoruyucu maskalar da daxil oldular. Məlumata əsasən təkcə 2020-ci ildə hər ay bütün dünya üzrə 129 milyard ədəd qoruyucu maskadan istifadə edilib. Qoruyucu maskaların tərkiblərinə plastik liflər daxildirlər. Bu isə öz növbəsində qoruyucu maskaların parçalanma müddətlərini yüksəldir. Modeldən asılı olaraq qoruyucu maskanın parçalanması üçün 100-1000 il vaxt lazımdır. ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi ölçüsü 5 mm-dən kiçik olan istənilən növ plastik material fraqmentini mikroplastik fraqment kimi qəbul edir. Düzgün şəkildə emal edilməmiş qoruyucu maskalar nəticədə müəyyən müddətdən sonra Dünya okeanına düşürlər. Dünya okeanındakı axın ultrabənövşəyi şüalar isə onları kiçik ölçülü liflərə parçalayırlar. Honkonqdan olan He Yuhe adlı alim sözügedən prosesi laboratoriya şəraitində reallaşdırıb.

    Bunun üçün o, qoruyucu maskanı dəniz suyu ilə dolu butulkaya yerləşdirib və daha sonra butulkanı silkələyib. Aparılmış bu təcrübə onu göstərib ki, çəkisi 3-4 qramm olan bir ədəd maska 9 gün ərzində 880.000-1.17 milyon ədəd mikroplastik hissələrə parçalana bilir.

        Daha öncədən zədələnmiş maska isə daha tez parçalanır. Alim bildirib ki, əldə edilmiş göstəricilər dəqiq olmaya bilərlər. Belə ki, təcrübədə Günəş şüaları iştirak etməyiblər. Honkonqun OceanAsia adlı şirkətinin keçən ilki hesabatında qeyd edilmişdi ki, 2020-ci ildə dənizə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş təqribi olaraq 1.56 milyard ədəd cərrahiyyə maskası düşüb. He Yuhe-nin hesablamalarına əsasən bu, 1370 trilyon ədəd mikroplastik tullantısına gətirib çıxarda bilər. Bu cür tullantıları əhatə edən mikroplastik fraqmentlərin 1/3 hissəsinin ölçüsü 10 mm-dən kiçik deyil. Tullantıları əhatə edən mikroplastik fraqmentlərin 25%-nin ölçüsü isə 50 mm-dən böyükdür. Sözügedən fraqmentlər qida zəncirinin aşağı səviyyələrində dayanan müxtəlif canlıların həzm sistemlərinə daxil olurlar. Daha sonra həmin fraqmentlər qida zənciri üzrə daha yuxarı qalxaraq nəticədə insan orqanizminə çatırlar.

    Plastik materialın xərçəngkimilər sinifinə aid olan Tigriopus japonicus adlı canlının orqanizminə təsirini müşahidə etmiş alim aşkar edib ki, canlının reproduktiv imkanları 22% aşağı düşüb.

        Bundan əlavə olaraq canlının boy artımının sürəti və iştahı aşağı düşüb. Bu öz növbəsində yeni ekoloji problemlərin yaranmasına gətirib çıxardır. Mikroplastik fraqmentlər ilə qidalanmış xərçəngkimilər yosunları qida qismində daha az qəbul edirlər. Bu isə yosunların çiçəklənmələrinə və onların sudan oksigeni udmalarına səbəb olur. Bu proses okeanda mövcud olan bir çox canlı üçün ölümcül xarakter daşıyır. Bununla yanaşı çoxalma prosesinin ləngiməsi xərçəngkimilərin sayını azaldır və nəticədə yırtıcı heyvanlar qidasız qalırlar. Alim tibbi maskalar vasitəsilə çirklənmə və maskaların emalı problemlərinə daha çox diqqətin ayrılmasına çağırış edir. Onun sözlərinə əsasən Honkonqda bu məsələ il bağlı görülən tədbirlər kifayət etmir. Qeyd etmək lazımdır ki, Honkonqda okeanın maskalar vasitəsilə çirklənməsinə qarşı mübarizədə pilotsuz uçuş aparatlarından istifadə edilir. Həmin aparatlar sahilboyu əraziləri nəzarətdə saxlayırlar.
    Linki kopyala