Logo
    main-post-cover

    Olimpiadada AI qalmaqalı!

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Qış Olimpiya Oyunlarında Çexiyanı təmsil edən Katerina MrazkovaDaniel Mrazek ritm rəqsi proqramında süni intellekt tərəfindən yaradılmış musiqidən istifadə ediblər.
    Olympic Figure Skaters Use A.I. Music Despite Plagiarism Scandal
        Bacı-qardaş olan duet Olimpiya debütünü edərkən mürəkkəb və texniki baxımdan yüksək səviyyəli hərəkətlərlə diqqət çəkib. Lakin çıxış zamanı NBC şərhçilərindən biri musiqinin ilk hissəsinin AI tərəfindən yaradıldığını qeyd edib. Bu detal sosial mediada və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
        Olimpiya buz rəqsi iki hissədən ibarətdir:
    • Ritm rəqsi (müəyyən mövzuya uyğun proqram)
    • Sərbəst rəqs
        Bu mövsümün mövzusu isə “1990-cı illərin musiqisi, rəqs üslubu və atmosferi”dir.
        Beynəlxalq Konkisürmə İttifaqının (ISU) məlumatına görə, duet ritm rəqsi üçün iki musiqidən istifadə edib:
    • “One Two” – 90-cı illər Bon Jovi üslubunda AI tərəfindən yaradılmış mahnı
    • “Thunderstruck” – Thunderstruck
        AI mahnısı daha əvvəl də tənqid olunmuşdu. Mövsümün əvvəlində istifadə olunan versiyada 90-cı illərin məşhur “You Get What You Give” mahnısının sözlərinə bənzər ifadələr yer almışdı. Bu mahnı New Radicals qrupuna məxsusdur. Sonradan duet sözləri dəyişsə də, yeni versiyanın da Bon Jovi mahnılarına çox bənzədiyi bildirilib. Hətta AI “vokalının” belə Bon Jovi səsinə oxşadığı qeyd olunub. Qaydalara görə AI musiqisindən istifadə qadağan deyil. Lakin yaradıcılıq, müəllif hüquqları və orijinallıq mövzuları ətrafında suallar yaranır.
    Paylaş