Logo
    main-post-cover

    Omen AI data mərkəzlərində milyonlarla dollarlıq fasilələrin qarşısını almaq istəyir

        Süni intellekt texnologiyalarına artan tələbat data mərkəzlərini daha güclü və səmərəli işləməyə məcbur edir. Bunun üçün şirkətlər serverlərdə istifadə olunan maye soyutma sistemlərini optimallaşdırmağa çalışır. Lakin bu proses gözlənilməz bir problemlə nəticələnir.
    Omen — Real-time asset intelligence, down to the molecule
        Müasir AI serverlərində çiplərin soyudulması üçün xüsusi maye qarışığından istifadə olunur. Bu qarışığın tərkibində bakteriyaların inkişafını ləngidən maddələr olsa da, daha yüksək performans əldə etmək üçün bəzi operatorlar qarışıqda suyun miqdarını artırırlar. Su istiliyi daha yaxşı udsa da, eyni zamanda bakteriyaların yaranmasına şərait yaradır. Nəticədə borular və soyutma sistemləri çirklənir, mayenin dövranı pozulur və data mərkəzləri sistemi təmizləmək üçün saatlarla fəaliyyətini dayandırmalı olur. Bu cür fasilələrin dəyəri isə bəzi hallarda milyonlarla dollar təşkil edir.
        Bu problemi həll etmək istəyən ABŞ startapı Omen AI xüsusi miniatür spektrometr hazırlayıb. Qurğu soyutma mayesinin vəziyyətini real vaxt rejimində analiz edir və bakteriyaların yaranmasını hələ ilkin mərhələdə aşkarlaya bilir. Şirkətin təsisçisi və baş direktoru Zak Laberjin sözlərinə görə, bu yanaşma operatorlara böyük nasazlıqlar və uzunmüddətli dayanmalardan yayınmağa imkan verəcək.
        Omen AI bu texnologiyanı inkişaf etdirmək üçün 31 milyon dollarlıq A seriyası investisiya raundunu bağladığını açıqlayıb. İnvestisiya raunduna Nava Ventures rəhbərlik edib və bir sıra iri şirkətlər və sənaye rəhbərləri də maliyyələşmədə iştirak ediblər. Maraqlıdır ki, Omen AI əvvəlcə tikinti texnikaları üçün maye monitorinq sistemləri hazırlayırdı. Şirkət sonradan data mərkəzlərinin də maye sistemlərindən böyük ölçüdə asılı olduğunu görərək fəaliyyət istiqamətini AI infrastrukturuna yönəldib.
    .
    Paylaş