Logo
    main-post-cover

    OpenAI şirkəti ChatGPT-nin ayarlana bilən versiyasını təqdim etməyi nəzərdən keçirdir

        Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti sözügedən layihənin hansı istiqamətdə inkişaf edə biləcəyi barəsində danışıb. Şirkət müxtəlif variantları nəzərdən keçirdir və həmin variantlardan biri ayarlana bilən sistemi əhatə edir. Bu cür çat-bot sistemi hər bir-istifadəçiyə individual şəkildə adaptasiya ola bilər. Şirkəti bu cür variantı nəzərdən keçirtməyə məcbur edən səbəb ChatGPT barəsində bəzi rəylər olub. Belə ki, bəzi istifadəçilər çat-botun siyasət və mədəniyyət mövzularında qərəzli cavablar təqdim etdiyini qeyd ediblər. Məsələn o, ABŞ prezidentlərindən biri barəsində şeir tərtib etdiyi halda digəri barəsində bunu etməkdən imtina edir.
        Buna görə də şirkət istifadəçilər üçün cavabların tərtib edilməsi zamanı çat-bota daha çox azadlıq verəcək sistem yenilənməsini istifadəyə verməyi nəzərdən keçirdir. Bu halda çat-bot biriləri üçün normal hesab edildiyi halda digərləri üçün yolverilməz olan cavabları təqdim edə bilər. Bu cür ideya isə bəzilərində artıq narahatlıq hissi yaradıb. Belə ki, ChatGPT nəticədə mübahisəli ideologiyaları irəli sürə və mədəniyyət müharibəsində tərəflərdən birini müdafiə edə bilər. OpenAI şirkəti isə öz növbəsində ChatGPT-nin əsasında olan təhlükəsizlik baryerlərinin qorunub saxlanılacağına söz verib. Hal hazırda elə bir vəziyyət yaranıb ki, süni zəkaya icazə verilənin sərhədini müəyyən etmək lazımdır. OpenAI bu cür qərarı fərdi şəkildə verə bilməz. Çünki bu, şirkətin daxili qanunlarına ziddir. Buna görə də şirkət ictimaiyyətdən ChatGPT-nin idarəsi ilə bağlı ideyaların təqdim edilməsini xahiş edib.
    Paylaş
    Bənzər xəbərlər