main-post-cover

    OpenAI şirkəti GPT-5-i qeydiyyatdan keçirtməyə hazırlaşır

    Süni İntellekt
    03.08.2023
    Farid Pardashunas
        OpenAI şirkəti Microsoft-un dəstəyi ilə GPT-5 əmtəə nişanının qeydiyyatdan keçirilməsi sorğusunu göndərib. Qeydiyyat sorğusunda “dil modelində istifadə üçün yüklənən kompüter proqram təminatı” təsviri əks olunub. Qeyd etmək lazımdır ki, şirkət GPT-3.5 GPT-4-də də bənzər təsvirdən istifadə etmişdi. Qeydiyyat sorğusu sənədində həmçinin insan nitqi ilə mətnin səsləndirilməsi üçün nəzərdə tutulmuş proqram təminatı qeyd edilib.
        Proqram təminatı funksiyaları özlərində təbii dilin emalını, generasiyasını, tanınmasını və analizini birləşdirəcəklər. Bu cür qeydiyyat sorğusunun göndərilməsi OpenAI şirkətinin yaxın zamanda GPT-5-i istifadəyə verəcəyi demək deyil. Hələ bir neçə müddət bundan öncə şirkətin CEO-su Sam Altman bildirmişdi ki, şirkət hələ GPT-5-in təlimatlandırılmasına start verməyib. Hal hazırda şirkət əsas diqqətini GPT-4-ün təkmilləşdirilməsinə yönəldib.
        Çox güman ki, şirkət GPT-4-ü modul tipli etmək istəyir. Bu halda sözügedən dil modeli özündə çoxlu sayda daha kiçik dil modelini birləşdirəcək. Bununla belə son zamanlar istifadəçilər GPT-4-ün çalışma performansının aşağı düşməsindən şikayətlənirlər. Ola bilər ki, bu, GPT-4-ün modul tipə keçməsi səbəbilə bağlıdır. GPT-5-in isə nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər