Logo
    main-post-cover

    OpenAI şirkəti süni zəka əsaslı GPT-5 dil modeli üzərində işləri müəyyən müddətlik dayandırıb

    Süni İntellekt
    17.04.2023
    Emil
        Süni zəka əsasında çalışan sistemlərdən ola biləcək potensial təhlükələr mövzusu ətrafında müzakirələr çərçivəsində OpenAI şirkətinin həmtəsisçisi və CEO-su olan Sam Altman bildirib ki, şirkət GPT-4-ü əvəz edəcəyi güman edilən süni zəka əsaslı GPT-5 dil modelinin təlimatlandırılması ilə hal hazırda məşğul deyil. Massaçusets Texnologiya İnstutunda çıxışı zamanı Altman-a bir neçə müddət bundan öncə texnoloji sahənin təmsilçiləri tərəfindən imzalanmış məktub barəsində sual verilib.
        Qeyd etmək lazımdır ki, süni zəka sahəsində çalışan mütəxəssislər və İT sahənin tanınan bəzi şəxsləri bir neçə müddət bundan öncə süni zəka ilə bağlı tərtib edilmiş məktubu imzalamışdılar. Həmin məktubda onlar süni zəka texnologiyalarının hazırlanmasını müəyyən müddətlik dayandırmağa çağırışlar etmişdilər. Altman bildirib ki, tərtib edilmiş məktubda bizlərin dayanmalı olduğumuzu göstərəcək çoxlu sayda texniki detallar mövcud deyil.
        Süni zəka əsaslı GPT-5 dil modelinin təlimatlandırılması mövzusu ilə bağlı isə Altman bildirib ki, OpenAI hal hazırda bununla məşğul deyil və müəyyən müddət ərzində bu belə də davam edəcək. Lakin GPT-5 üzərində işlərin dayandırılması GPT-4-ün təkmilləşdirilməsinin də dayandırılması demək deyil. “GPT-4 ilə yanaşı biz digər işlərlə də məşğul oluruq və mənim fikrimcə həmin işlər təhlükəsizlik məsələlərini əhatə edirlər. Bu mövzu ətrafında olan təhlükəsizlik məsələlərini isə həll etmək lazımdır” - deyə Altman qeyd edib.
    Paylaş
    Bənzər xəbərlər