OpenAI şirkətinin CEO-su süni zəkanın nizamlaya ehtiyac duyduğunu etiraf edib

OpenAI şirkətinin CEO-su süni zəkanın nizamlaya ehtiyac duyduğunu etiraf edib

Süni zəka və Elm
17.05.2023 PAYLAŞIM

    OpenAI şirkətinin CEO-su Sam Altman ABŞ Senatında çıxış edən zaman həm OpenAI həm də Microsoft Google kimi böyük texnoloji şirkətlər tərəfindən hazırlanan güclü süni zəka platformalarının nizamlanmasına ehtiyac duqduqları fikri ilə razılaşıb. “Düşünürəm ki, əgər bu texnologiya ilə bağlı nəsə mənfi bir şey baş versə, bu, hər şeyi dəyişə bilər. Biz bunu bildirmək və ola biləcək mənfi hadisələrin qarşısını almaq üçün dövlət ilə əməkdaşlıq etmək istəyirik” - deyə Sam Altman qeyd edib.

    Son illərdə böyük texnoloji şirkətlərin rəhbərləri ABŞ Konqressində qanunvericilərlə mübarizə xarakterli çıxışlar etsələr də, Sam Altman əksinə onların fikirləri ilə tamamilə razılaşıb. O bildirib ki, OpenAI tərəfindən hazırlanan texnologiyalar insanları iş yerlərindən məhrum edə bilərlər. Lakin bununla yanaşı həmin texnologiyalar yeni iş yerlərinin yaranmasına səbəb olacaqlar. Altman-ın fikrincə bu proseslərin maksimal dərəcədə yumşaldılması üçün dövlətin də iştirakı vacibdir.


    O, irimiqyaslı süni zəka modellərinin hazırlanması üçün lisenziyaların verilməsi ilə məşğul olacaq dövlət qurumunun yaradılmasını təklif edib. Bu cür qurum süni zəka modelinin keçməli olduğu testləri və təhlükəsizlik normalarını təyin edə bilər. Bu təklifə cavab olaraq qanunvericilər süni zəkaya nəzarət üzrə müstəqil agentliyin, tərtibatçıları süni zəka modellərinin necə çalışdıqları barəsində məlumatları təqdim etməyə məcbur edəcək normativ-hüquq bazasının və süni zəka sahəsində antimonopoliya əsaslarının yaradılmasını təklif ediblər.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×