main-post-cover

    OpenAI şirkətinin süni zəka modelləri xüsusi qrup tərəfindən yoxlanılacaq

    Süni İntellekt
    20.09.2023
    Emil Nəcəfov
        OpenAI şirkəti Red Teaming Network adlı proqramı işə saldığını elan edib. Bu, mütəxəssislərdən ibarət qrupdur və o, süni zəka modellərinin qiymətləndirilməsi və potensial risklərinin aşağı salınması ilə məşğul olacaq. OpenAI bildirib ki, sözügedən qrup DALL-E 2GPT-4 kimi süni zəka modellərində qərəzli faktorların və süni zəkanın təhlükəsizlik filtrlərini rədd etməsinə imkan verən özəlliklərin axtarılmasında yardımçı olacaq. Şirkət daha öncə bu proseslər üçün kənar sınaqçıları cəlb edirdi. İndi isə şirkət mütəxəssislər ilə müvafiq təşkilatları işə cəlb edəcək. OpenAI həmçinin mütəxəssisləri linqvistika, maliyyə və səhiyyə kimi digər sahələrdə araşdırmaların aparılmasına çağırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər