Reklam
OpenAI təşkilatı sadə mətnlər əsasında fotolar yarada bilən neyron şəbəkəsini təqdim edib - VİDEO

OpenAI təşkilatı sadə mətnlər əsasında fotolar yarada bilən neyron şəbəkəsini təqdim edib - VİDEO

Süni zəka və Elm
08.04.2022 PAYLAŞIM

    Süni zəka sahəsində fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı özünün DALL-E adlı neyron şəbəkəsinin yeni versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, bu neyron şəbəkə sadə mətn təsviri sayəsində fotolar generasiya edə bilir. DALL-E 2 daha geniş imkanlar əldə edib və həmin imkanlar arasında artıq hazır fotolarla çalışmaq bacarığı da var. Yeni alqoritmin əvvəlki versiyadan əsas fərqi ondan ibarətdir ki, o, artıq hazır fotoları redaktə etmək imkanını özündə birləşdirir. Əvvəllər bu neyron şəbəkəsi yalnız mətn təsviri əsasında fotolar çəkə bilirdi. İndi isə onun sayəsində mətn təsvirini daha dərin şəkildə fotoya çevirmək olar. İstifadəçi hər hansısa fotodakı hissəni seçib alqoritmə seçilmiş hissədəki lazımi dəyişikliklərin sorğusunu göndərə bilər.

Beret ilə uzunboğazlı qırmızı sviterdə olan şiba-inu cinsli it sorğusu üçün alqoritm tərəfindən generasiya edilmiş foto:


    Məsələn sözügedən alqoritm fotodakı tablonu digəri ilə əvəzləyə və ya ümumiyyətlə silə və stolun üzərinə hansısa digər bir obyekti əlavə edə bilər. Alqoritm otaqdakı kölgələrin istiqaməti kimi detalları nəzərə almaqla obyektləri redaktə edə bilir. DALL-E 2-nin sahib olduğu digər bir funksiya isə mövcud olmayan fotoların axtarışı alətinə bənzəyir. Bu halda istifadəçi sistemə bu və ya digər fotonu yükləyir və neyron şəbəkəsi öz növbəsində yüklənmiş fotoya bənzərlərini yaradır. Yaradılmış fotolar isə 1024x1024 piksel ölçüsünə sahib  olurlar.

Yundan toxunmuş bədheybətə oxşayan şorba kasası sorğusu üçün alqoritm tərəfindən generasiya edilmiş foto:

    DALL-E 2 neyron şəbəkəsi CLIP adlı texnologiya əsasında qurulub. Bu, computer vision sistemidir. OpenAI onu keçən il anons etmişdi. Sözügedən neyron şəbəkəsi arzuolunmaz materialların istisna edildiyi məlumatlar bazası əsasında təlimatlandırılıb. Buna görə də o, qadağan edilmiş kontentlərin yaradılması imkanından azad olunub. Sui-istifadə hallarından qorunmaq üçün nəzərdə tutulmuş funksiyadan istifadə edərək neyron şəbəkəsi hansısa adlar əsasında tanınan simaları generasiya edə bilmir. Hal hazırda DALL-E 2 qapalı beta test mərhələsindən keçir. Lakin OpenAI tərtibatçıları qeyd ediblər ki, yaxın zamanda o, kütləvi istifadə üçün təqdim ediləcək və onu müxtəlif tətbiqlər formatında istifadə etmək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiri..

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür..


Kosmosun ən uzaq məsafəsinə nəzər yetirmək: James Webb teleskopu yeni rekorda ha..

12 iyul tarixində astronomiya sahəsində növbəti vacib hadisə baş verəcək.


Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş h..

İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayı..


Süd Yolu qalaktikasının ən böyük ulduzu öz həyat dövrünün sonuna yaxınlaşır..

VY Canis Majoris adlı qırmızı hipernəhəng ulduz Yer kürəsindən 3900 işıq ili uzaqlığında Böyük Köpək..


Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməs..

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq müh..


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..

×