Logo
    main-post-cover

    OpenAI üst zəkaya sahib ola biləcək süni zəkanın idarəsi üçün xüsusi komanda formalaşdırıb

        Verilmiş məlumata əsasən süni zəka əsaslı ChatGPT çat-botunu yaratmış OpenAI şirkəti üst zəkaya sahib ola biləcək süni zəka sistemlərinin idarəsi və nəzarəti üzrə xüsusi komandanı formalaşdırıb. Formalaşdırılmış xüsusi komandaya rəhbərlik edən isə OpenAI şirkətinin təsisçilərindən biri və baş elmi əməkdaşı olan Ilya Sutskever olub. Şirkətin bloqunda təqdim edilmiş məlumata əsasən zəka imkanları məsələsində insan zəkasını geridə qoya biləcək süni zəka sistemi yaxın onillikdə ortaya çıxa bilər. Bununla belə üst zəkaya sahib bu cür sistemin insanlara qarşı yaxşı niyyətli olacağı şərt deyil.
        Buna görə də bu cür sistemlərin məhdudlaşdırılması və nəzarəti tədbirləri hazırlanmalıdır. OpenAI bildirib ki, üst zəkaya sahib ola biləcək süni zəkanın hal hazırda idarə olunması üzrə həllər mövcud deyil. Süni zəkanın ayarlanmasına istiqamətlənmiş mövcud texnologiyalar insanla geri əlaqə əsasında təlimatlandırmaya əsaslanır. Bununla belə bu cür üsullar insanların süni zəkanı idarə edə biləcəkləri fikrinə istiqamətləniblər. Lakin üst zəkaya sahib ola biləcək süni zəkanın idarəsi məsələsi daha qəlizdir.
        Bu məsələnin araşdırılması üçün OpenAI daxilində formalaşdırılmış xüsusi komanda şirkətin sahib olduğu hesablama güclərinin 20%-dən istifadə edəcək. Komandaya həmçinin şirkət daxilində süni zəkanın ayarlanması prosesində iştirak edən mütəxəssislər ilə alimlər də qoşulacaqlar. Komanda üst zəkaya sahib süni zəka sisteminin idarəsi məsələsində əsas texniki tapşırıqların növbəti 4 il ərzində yerinə yetirilməsini planlaşdırır. Bununla belə mütəxəssislər digər süni zəka sistemlərinin qiymətləndirilməsinə istiqamətlənmiş xüsusi süni zəka sistemindən istifadə edəcəklər. Şirkətin fikrincə süni zəka sistemi bu prosesin öhdəsindən daha yaxşı və sürətlə gələcək.
    Paylaş
    Bənzər xəbərlər