OpenAI yeni güclü süni zəka modelini hazırlayır
Süni İntellekt
26.07.2023
Emil Nəcəfov
Kriptovalyuta mayninqinə marağın azalması öz növbəsində bazardakı videokart çatışmazlığı problemini bir qədər aradan qaldırmış oldu. Lakin indi kriptovalyuta mayninqinin yerini süni zəka texnologiyası ələ keçirib. Verilmiş yeni məlumata əsasən süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti çoxlu sayda qrafik prosessorun əldə edilməsi istiqamətində NVIDIA ilə böyük müqavilə bağlayıb. Daha öncə NVIDIA OpenAI şirkətinin neyron şəbəkələrinin təlimatlandırılmaları üçün ona 20 000 ədəd qrafik prosessor təqdim etmişdi.
Yeni məlumatda qeyd edilib ki, hal hazırda OpenAI daha təkmilləşdirilmiş süni zəka modeli üzərində çalışır və onun təlimatlandırılması üçün 10 milyon ədəd qrafik prosessor lazım olacaq. Bu qədər qrafik prosessor sayəsində şirkət hal hazırda hesablama gücü baxımından analoqu olmayan süni zəka modelini yarada biləcək. OpenAI şirkətinin yeni neyron şəbəkəsinin nəyə hədəflənəcəyi bilinmir. Güman etmək olar ki, yeni neyron şəbəkəsinin geniş tətbiq sahəsi olacaq. Bura tibb sahəsində yeni müalicə üsullarının axtarışından tutmuş realistik virtual dünyaların yaradılmasına kimi proseslər daxil ola bilərlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub