Logo
    main-post-cover

    OpenAI ABŞ-də geniş araşdırma ilə üzləşib

        ABŞ-nin Alabama ştatı OpenAI-a qarşı genişmiqyaslı araşdırmaya başlayıb. Ştatın Baş Prokurorluğu şirkətdən süni intellekt modellərinin təhlükəsizlik testləri zamanı indiyədək narahatlıq bildirən bütün əməkdaşların adlarını açıqlamağı tələb edir. Alabama Baş Prokurorluğunun İstehlakçı Maraqları Bölməsi avqustun 20-də OpenAI-a 16 bənddən ibarət rəsmi tələb göndərib. Şirkət sentyabrın 14-dək tələb olunan sənəd və məlumatları təqdim etməlidir.
    A physical magnifying glass held over a computer screen showing the OpenAI website and logo against a purple background.
        Araşdırma Alabama ştatının “Deceptive Trade Practices Act”, aldadıcı ticarət praktikalarına qarşı qanunu çərçivəsində aparılır. Sənəddə federal qanunlara, məlumat sızmasına və ya məxfilik qanunlarına istinad edilmir. Ən diqqətçəkən məqamlardan biri səkkizinci tələbdir. Alabama OpenAI-dan təkcə son insidentlə əlaqəli deyil, şirkətin istənilən model sınağı zamanı təhlükəsizliklə bağlı narahatlıq bildirmiş bütün əməkdaşların kimliyini istəyir. Bu tələb üçün hər hansı zaman məhdudiyyəti göstərilməyib.

     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...