OpenAI biznes istifadəçiləri arasında Anthropic-ə yaxınlaşır
Süni İntellekt
21.08.2026
OpenAI biznes istifadəçiləri arasında Anthropic-ə yenidən yaxınlaşmağa başlayıb. Bunu korporativ kredit kartı və xərclərin idarə edilməsi şirkəti Ramp-ın yayımladığı yeni məlumatlar göstərir.
Ramp-ın məlumatına görə, OpenAI may ayında ABŞ-dəki ödənişli biznes istifadəçiləri arasında liderliyi Anthropic-ə verib. Həmin vaxt Anthropic 41 faiz bazar payına sahib olduğu halda, OpenAI-ın payı 39 faiz təşkil edib. OpenAI o vaxtdan liderliyi geri qaytara bilməyib. İyul ayına olan göstəricilərdə Anthropic-in payı təxminən 44 faizə, OpenAI-ın payı isə 40 faizə yaxın olub.
Ramp-ın məlumatları ümumi bazarı tam əks etdirmir. Məsələn, American Express kimi digər provayderlərin xərclərin idarə edilməsi xidmətlərindən istifadə edən iri şirkətlər bu statistikaya daxil deyil. Buna baxmayaraq, göstəricilər bizneslərin müxtəlif süni intellekt şirkətləri arasında kifayət qədər asanlıqla seçim dəyişdirdiyini göstərir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...