Logo
    main-post-cover

    OpenAI CEO-su: "İndiki süni zəka həlləri GPT-5-in yanında əlverişsiz qalacaqlar"

    Süni İntellekt
    24.05.2024
    Emil
         OpenAI şirkətinin CEO-su Sam Altman bir neçə müddət bundan öncə vermiş olduğu müsahibəsində bildirdi ki, GPT-5 süni zəka modeli mövcud digər həlləri elə dərəcədə geridə qoyacaq ki, hətta GPT-4 də onun yanında bir qədər əlverişsiz qalacaq. OpenAI şirkəti GPT seriyasının növbəti nəsil süni zəka modelinin nə zaman istifadəyə veriləcəyi barəsində hələ heç bir məlumat verməyib. Lakin bunun baş verəcəyi zaman digər süni zəka modelləri kölgədə qalacaqlar. ChatGPT-nin istifadəyə verildiyi zamandan OpenAI şirkəti süni zəka sahəsinin aparıcı təmsilçilərindən birinə çevrilib. Həmin vaxtdan indiyənə kimi şirkət süni zəka əsaslı çoxlu sayda məhsul istifadəyə verib. Onlardan ən yenisi isə GPT-4o adlı süni zəka modelidir.
         GPT-4o zəka səviyyəsi baxımından GPT-4 ilə eyni olsa da, o, mətn, foto və audio ilə çalışma mövzusunda daha geniş imkanları özündə birləşdirir. Hal-hazırda GPT-4o-nun imkanları adi istifadəçiləri sözün əsl mənasında təəccübləndirir. Lakin Sam Altman-ın fikrincə gələcəkdə istifadəyə veriləcək GPT-5-in yanında bütün bunlar heçnədir. Bir neçə müddət bundan öncə vermiş olduğu müsahibəsində Altman süni zəka sahəsindəki perspektivli texnologiyalar mövzusuna toxunaraq bildirib ki, yeni süni zəka modeli daha dərin düşüncə imkanlarını sərgiləməklə virtual beyni xatırlada bilər. Altman-ın fikrincə yeni nəsil süni zəka modelinin yanında GPT-4 bir qədər əlverişsiz görünəcək. Çünki yeni nəsil süni zəka modeli daha güclü, funksional və zəkalı olacaq. Altman həmçinin əmindir ki, GPT-5 nəticədə ümumi süni zəkanın (AGI) formalaşması yolunda vacib addım olacaq.
    Paylaş