Logo
    main-post-cover

    OpenAI CEO-su proqramlaşdırma əvəzinə süni zəka alətlərindən istifadəni öyrənməyi məsləhət görüb

    Süni İntellekt
    24.03.2025
    Emil
         OpenAI-nin baş direktoru Sam Altman hesab edir ki, hazırda süni zəka əsaslı alətlərin mənimsənilməsi, proqramlaşdırma öyrənmək istəyənlər üçün əsas vəzifədir. O, bir neçə müddət bundan öncə vermiş olduğu bir müsahibədə həmçinin əlavə edib ki, proqram kodu yazmağa kömək edən süni zəka alqoritmləri artıq dünyanın ən böyük şirkətlərində istifadə olunur. OpenAI rəhbəri, amerikalı analitik Ben Thompson ilə söhbəti zamanı bildirib ki, o, məktəbi bitirəndə, ən aydın taktiki məqsəd yaxşı kod yazmağı öyrənmək idi. Hazırda isə Altman-ın fikrincə, “ən aydın taktiki məqsəd - sadəcə olaraq süni zəka alətlərindən həqiqətən yaxşı istifadə etməyi öyrənməkdir”.
         Bu baxışı bir çox aparıcı texnoloji şirkətlərin rəhbərləri də bölüşür və qeyd edirlər ki, süni zəka proqram kodu yazmaqda getdikcə daha da yaxşılaşır. Bu ay Anthropic şirkətinin baş direktoru Dario Amodei bildirib ki, 1 il ərzində süni zəka mühəndislər əvəzinə bütün kodu özü yazmağa başlayacaq. Meta şirkətinin baş direktoru Mark Zuckerberg də ilin əvvəlində demişdi ki, şirkət yeni bir süni zəka alqoritmi üzərində işləyir və bu alqoritm “tətbiqlərimizdəki kodun böyük bir hissəsini” yaza biləcək. Altman-ın fikrincə, süni zəka əsaslı alətləri mənimsəmək proqramlaşdırma öyrənmənin “yeni versiyasıdır”.
         O əlavə edib ki, hazırda kod yazma işinin azı yarısı artıq avtomatlaşdırılıb. “Mən düşünürəm ki, bir çox şirkətdə bu proses artıq 50%-i keçib. Məncə, böyük əhəmiyyət daşıyacaq sahələrdən biri də agent əsaslı kodlaşdırmadır - bu sahə ilə isə hələ ki, heç kim ciddi şəkildə məşğul olmur” - deyə Altman vurğulayıb. OpenAI-nin proqram mühəndislərini işə götürmək planları ilə bağlı sualı cavablandıran Altman bildirib ki, hazırda iş kifayət qədərdir. Eyni zamanda o qeyd edib ki, uzunmüddətli perspektivdə hazırda yaradılan süni zəka əmək bazarının daralmasına səbəb ola bilər. “Mənim ehtimalım budur ki, hələlik hər bir proqram mühəndisinin kifayət qədər işi olacaq. Amma bir müddət sonra, ola bilsin ki, bizə doğrudan da daha az proqram mühəndisi lazım gələcək” - deyə Altman bildirib.
    Mənbə: Entrepreneur
    Paylaş
    Bənzər xəbərlər
    chatgpt-ve-diger-cat-botlardan-daimi-istifade-tenhaliq-hissini-keskinlesdire-biler
    Süni İntellekt

    ChatGPT və digər çat-botlardan daimi istifadə tənhalıq hissini kəskinləşdirə bilər

    Bloomberg OpenAI və Massaçusets Texnologiya İnstitutunun araşdırmalarına istinadən yazıb ki, ChatGPT kimi süni zəka çat-botlarından daha tez-tez istifadə edilməsi, insanların özlərini daha tənha hiss etmələrinə və başqaları ilə ünsiyyətə sərf olunan vaxtın azalmasına səbəb ola bilər.
    openai-tertibatcilar-ucun-o1-pro-adli-en-bahali-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    OpenAI tərtibatçılar üçün o1-pro adlı ən bahalı süni zəka modelini təqdim edib

    OpenAI özünün o1 adlı süni zəka modelinin daha güclü versiyasını - o1-pro modelini istifadəyə verib və onu API vasitəsilə tərtibatçılar üçün əlçatan edib. Şirkətin bildirdiyinə görə, o1-pro modeli daha çox hesablama gücü istifadə edir və bu da onun daha stabil və keyfiyyətli cavablar verməsinə imkan yaradır.
    abs-vitse-prezidenti-j-d-vance-suni-zekanin-tenzimlemeden-azad-edilmesini-faydali-hesab-edir
    Süni İntellekt

    ABŞ vitse-prezidenti J. D. Vance süni zəkanın tənzimləmədən azad edilməsini faydalı hesab edir

    Çərşənbə axşamı, ABŞ-ın vitse-prezidenti J. D. Vance bəyan etdi ki, Trump administrasiyasının süni zəka və texnoloji innovasiyalara verdiyi dəstək həm populistlər, həm də texnologiya sektoruna investisiya qyatıran və onu idarə edənlər üçün faydalı olmalıdır. Vaşinqtonda keçirilmiş Andreessen Horowitz American Dynamism Summit tədbirində çıxış etmiş Vance, süni zəkanın iş yerlərini
    stability-ai-sirketinin-yeni-suni-zeka-modeli-2d-tesvirleri-3d-sehnelere-cevirir
    Süni İntellekt

    Stability AI şirkətinin yeni süni zəka modeli 2D təsvirləri 3D səhnələrə çevirir

    Stability AI şirkəti Stable Virtual Camera adlı yeni süni zəka modelini təqdim edib. Şirkətin bəyanatına görə, bu model 2D təsvirləri realistik dərinlik və perspektivlə möhtəşəm videolara çevirmək qabiliyyətinə malikdir.
    yuzlerle-yaradici-pese-sahibi-suni-zekanin-azad-telimine-qarsi-cixib
    Süni İntellekt

    Yüzlərlə yaradıcı peşə sahibi süni zəkanın azad təliminə qarşı çıxıb

    400-dən çox aktyor, musiqiçi, rejissor, yazıçı və digər yaradıcı peşə sahibləri açıq məktub imzalayıblar. Onlar ABŞ administrasiyasını süni zəka modellərinin müəllif hüquqları ilə qorunan əsərlər üzərində öyrədilməsini qadağan etməyə çağırıblar.