
OpenAI CEO-su süni zəka çiplərinin qlobal istehsalı layihəsinə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib
Süni İntellekt
12.02.2024
Emil
OpenAI şirkətinin CEO-su Sam Altman süni zəka çiplərinin istehsalı üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması kimi irimiqyaslı layihəyə 5-7 trilyon dollar investisiya cəlb etməyi hədəfləyib.
Kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Altman artıq potensial investorlarla və o cümlədən Birləşmiş Ərəb Əmirlikləri hökuməti ilə bu mövzuda danışıqlar aparır.
Bu üsulla o, süni zəka çiplərinə sürətlə artan tələbatın ödənilməsi üçün qlobal istehsalat güclərini artırmaq istəyir. Altman daha öncə də qeyd etmişdi ki, süni zəka çiplərinin çatışmazlığı OpenAI şirkətinin inkişafını ləngidir. Onun fikrincə süni zəka üçün irimiqyaslı infrastrukturun yaradılması gələcəkdəki texnoloji rəqabət yolunda kritik vacib məsələdir.
Paylaş