OpenAI ChatGPT Atlas brauzerini bağlayır
Süni İntellekt
10.07.2026
Sevinj
OpenAI süni intellekt dəstəkli ChatGPT Atlas brauzerinin fəaliyyətini dayandıracağını açıqlayıb. The Verge nəşrinin məlumatına görə, şirkət brauzeri 9 avqust tarixindən etibarən istifadədən çıxarmağı planlaşdırır. ChatGPT Atlas 2025-ci ilin oktyabrında təqdim edilmişdi. Məqsəd istifadəçilərin internetdəki tapşırıqlarını avtomatik yerinə yetirən, saytlara daxil olan və müxtəlif prosesləri onların əvəzinə icra edən AI əsaslı brauzer yaratmaq idi. Lakin cəmi doqquz ay sonra OpenAI bu məhsulu bağlamaq qərarına gəlib.
Şirkət bildirir ki, bu qərar internet brauzerlərindən imtina etmək anlamına gəlmir. Əksinə, Atlas-da təqdim olunan imkanlar artıq yeni təqdim edilən ChatGPT Work platformasının tərkibinə daxil edilir. Yeni sistemdə istifadəçilər həm kompüterlərində işləyən daxili brauzerdən istifadə edə, həm də OpenAI serverlərində çalışan bulud brauzeri vasitəsilə müxtəlif tapşırıqları uzaqdan yerinə yetirə biləcəklər. Platforma veb-saytlara daxil olmaq, hesablara giriş etmək, faylları yükləmək və digər agent əsaslı funksiyaları dəstəkləyəcək.
Paylaş