Logo
    main-post-cover

    OpenAI “ChatGPT for Teens”i təqdim etdi

        OpenAI yeniyetmələr üçün xüsusi hazırlanmış ChatGPT for Teens versiyasını istifadəyə verib. Yeni sistem 18 yaşdan aşağı olduğu müəyyən edilən istifadəçilər üçün avtomatik olaraq daha sərt təhlükəsizlik qaydaları tətbiq edir. Lakin uşaq təhlükəsizliyi üzrə mütəxəssislər şirkətin vədlərinin kifyət etmədiyini və sistemin effektivliyinin müstəqil şəkildə yoxlanılmalı olduğunu bildirirlər.
    Two screenshots showing the new Quiet Hours setting for teen users.
        OpenAI bildirir ki, istifadəçinin 18 yaşdan aşağı olduğunu sistem müəyyən edərsə və ya istifadəçi özü yaşını qeyd edərsə, ayrıca hesab yaratmağa ehtiyac qalmadan ChatGPT for Teens avtomatik aktivləşəcək. Bu versiyada yeniyetmələrin daha çox Study Mode kimi təhsil funksiyalarından istifadə etməsi təşviq olunur. Şirkət yeniyetmələr üçün süni intellektin davranış qaydalarını da sərtləşdirib. Yeni qaydalara əsasən, ChatGPT yeniyetmələrlə romantik üslubda danışmamalı, onların süni intellektdən emosional asılılığını təşviq etməməli və özünü hissləri və ya şüuru olan bir varlıq kimi təqdim etməməlidir.
        Əsas yeniliklərdən biri isə valideynlərə göndərilən təhlükəsizlik bildirişlərinin genişləndirilməsidir. Valideyn və yeniyetmənin hesabları bir-birinə bağlanıbsa, ChatGPT qidalanma pozuntuları və ciddi özünə zərərvermə riski ilə əlaqəli təhlükəli söhbətlər müəyyən etdikdə valideynə xəbərdarlıq göndərə biləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...