Logo
    main-post-cover

    OpenAI Codex tətbiqinə süni intellektlə yaradılan “sevimli heyvanlar” əlavə etdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, texnologiya dünyasında “vibe coding” anlayışı daha da maraqlı hala gəlir. OpenAI proqramlaşdırmaya kömək edən agent əsaslı aləti Codex üçün yeni bir funksiya təqdim edib: süni intellektlə yaradılan animasiyalı “ev heyvanları”.
        Onların əsas məqsədi istifadəçiyə Codex-in arxa planda nə üzərində işlədiyini göstərmək, tapşırıq tamamlandıqda bildiriş göndərmək və ya istifadəçidən input tələb olunduğunu xəbər verməkdir. Beləliklə, proqramçılar aktiv prosesi izləmək üçün tətbiqlər arasında keçid etməyə ehtiyac duymur.
         İstifadəçilər Codex daxilində “/pet” əmri ilə bu yoldaşları aktivləşdirə və ya deaktiv edə bilirlər. Hazırda səkkiz hazır seçim mövcuddur. Bundan əlavə, “/hatch” əmri ilə süni intellekt vasitəsilə tam fərdi və unikal personajlar yaratmaq mümkündür. İlk istifadəçilər artıq müxtəlif variantlar paylaşıblar, hətta Clippy-yə bənzər versiyalar da ortaya çıxıb.
         Yeni funksiya artıq həm Windows, həm də macOS platformalarında əlçatandır. Üstəlik, OpenAI məhdud müddət ərzində seçilmiş 10 ən yaxşı istifadəçi tərəfindən yaradılmış “pet” üçün 30 günlük ChatGPT Pro abunəliyini də hədiyyə edir.
    Paylaş