OpenAI-dan Y Combinator startaplarına rekord təklif
Süni İntellekt
21.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI rəhbəri Sam Altman startap ekosistemində diqqətçəkən addım atıb. Y Combinator-un son tədbirində çıxış edən Altman, akseleratorun hazırkı proqramında iştirak edən bütün startaplara ümumilikdə 2 milyon dollarlıq OpenAI tokenləri təklif etdiyini açıqlayıb. Maraqlısı isə odur ki, bu investisiya pul formasında deyil. OpenAI hər bir startapa öz süni intellekt xidmətlərindən istifadə etmək üçün token paketi təqdim edəcək və bunun qarşılığında şirkətlərdə pay sahibi olacaq.
Hazırkı Y Combinator proqramında təxminən 169 startap iştirak edir. Razılaşma “uncapped SAFE” modeli ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, OpenAI-ın əldə edəcəyi pay startapların gələcək investisiya mərhələlərində formalaşacaq dəyərindən asılı olacaq. Bu addım OpenAI üçün ikiqat üstünlük yaradır. Bir tərəfdən şirkət erkən mərhələli startaplarda pay əldə edir və onların gələcək uğurlarından qazanır. Digər tərəfdən isə həmin startapları OpenAI ekosistemində məhsul qurmağa təşviq edir və onları rəqiblərdən, xüsusilə Anthropic və onun Claude platformasından uzaqlaşdırmağa çalışır.
Ekspertlər hesab edir ki, bu təklif erkən mərhələdə fəaliyyət göstərən startaplar üçün böyük xərc yükü yaradan AI infrastruktur xərclərini azaltmağa kömək edə bilər. Çünki süni intellekt modellərindən istifadə xərcləri bir çox startap üçün büdcənin əhəmiyyətli hissəsini təşkil edir. OpenAI-dən Y Combinator startaplarına rekord təklif:Bununla belə, təşəbbüs birmənalı qarşılanmayıb. Toxum investoru Jason Calacanis xəbərdarlıq edərək bildirib ki, OpenAI bu əməkdaşlıqlar vasitəsilə startapların ideyalarını öyrənə və gələcəkdə onları öz məhsullarına inteqrasiya edə bilər.
Paylaş