
OpenAI daxilində süni zəka idarəsi ilə bağlı yeni tədqiqat qrupu formalaşdırılıb
Süni İntellekt
17.01.2024
Emil
OpenAI şirkəti öz tərkibində Collective Alignment adlı yeni tədqiqat qrupunun formalaşdırıldığını elan edib. Məlumata əsasən sözügedən yeni tədqiqat qrupu şirkətin süni zəka modellərinin davranışları ilə bağlı qərarların verilməsində ictimai fikirlərin yığılması və uçotu sistemlərinin hazırlanması ilə məşğul olacaq. OpenAI təmsilçilərinin sözlərinə əsasən Collective Alignment tədqiqat qrupu şirkətin gələcək süni zəka modellərinin cəmiyyətin gözləntiləri və dəyərlərinə uyğunluqlarını təmin edəcək.
Sözügedən tədqiqat qrupun formalaşdırılması keçən il OpenAI tıərəfindən işə salınmış qrant proqramının nəticəsidir. İşə salınmış qrant çərçivəsində süni zəka sistemlərinin idarəsinə ictimai nəzarətin və demokratik proseslərin inteqrasiyası ilə bağlı təcrübələr aparılmışdı. Gələcəkdə Collective Alignment qrupu şirkətin servis və məhsullarına perspektivli prototiplərin inteqrasiyası ilə məşğul olacaq. OpenAI bildirib ki, onun bu təşəbbüsü şirkətin süni zəka sisteminin cəmiyyət üçün maksimal dərəcədə təhlükəsiz faydalı olmasına hədəflənib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
