Logo
    main-post-cover

    OpenAI-dan yeni təhlükəsizlik funksiyası

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, OpenAI ChatGPT üçün “Trusted Contact” adlı yeni təhlükəsizlik funksiyasını istifadəyə verib. Bu funksiya istifadəçilərə özünə zərər vermə riski yarandığı hallarda əlaqə saxlanıla biləcək etibarlı bir şəxsi əvvəlcədən təyin etməyə imkan verir.
    Screenshots showing ChatGPT's new Trusted Contact feature.
        Son illərdə bir çox insan ChatGPT-dən psixoloji dəstək və emosional söhbətlər üçün istifadə etməyə başlayıb. OpenAI daha əvvəl açıqlamışdı ki, platformanın həftəlik 800 milyon istifadəçisindən 1 milyondan çoxu söhbətlər zamanı intihar düşüncələri ilə bağlı ifadələr işlədib. Yeni sistemə əsasən, 18 yaşdan yuxarı istifadəçilər ChatGPT ayarlarından bir nəfəri “Trusted Contact” kimi əlavə edə biləcəklər. Seçilən şəxsə dəvət göndəriləcək və o, bu dəvəti bir həftə ərzində qəbul etməlidir. Əks halda istifadəçi başqa bir əlaqə şəxsi seçə bilər.
        Əgər ChatGPT istifadəçinin özünə zərər vermə ehtimalının yüksək olduğunu müəyyən etsə, əvvəlcə istifadəçiyə xəbərdarlıq ediləcək və yaxın dostu ilə əlaqə saxlamağı tövsiyə edəcək. Hətta söhbətə necə başlamaq üçün nümunə mesajlar da təqdim olunacaq. Proses tam avtomatik deyil. OpenAI bildirir ki, xüsusi təlim keçmiş kiçik bir komanda vəziyyəti yoxlayacaq. Yalnız real təhlükə ehtimalı təsdiqləndikdən sonra istifadəçinin “Trusted Contact” olaraq seçdiyi şəxsə e-poçt, SMS və ya tətbiqdaxili bildiriş göndəriləcək.
        Göndərilən mesajda istifadəçinin çətin dövrdən keçə biləcəyi qeyd olunacaq və yaxın şəxsdən onunla əlaqə saxlaması istəniləcək. Bununla belə, məxfilik səbəbilə söhbətlərin tam məzmunu qarşı tərəfə göndərilməyəcək.
     
    Paylaş