Logo
    main-post-cover

    OpenAI dəstəkli Thrive Holdings 2 milyard dollar investisiya aldı

        OpenAI ilə sıx əməkdaşlıq edən Thrive Holdings yeni investisiya raundunda 2 milyard dollar vəsait cəlb edib. SoftBank, D1 Capital Partners və Altimeter Capital kimi investorların iştirak etdiyi raund nəticəsində şirkətin dəyəri 12 milyard dollar olaraq qiymətləndirilib. Thrive Holdings-in biznes modeli klassik investisiya şirkətlərindən bir qədər fərqlənir. Şirkət mühasibatlıq və İT kimi ənənəvi sahələrdə fəaliyyət göstərən biznesləri öz platformasına daxil edir və onların iş proseslərinə süni intellekt həlləri tətbiq edir. Məqsəd AI vasitəsilə əl əməyini azaltmaq, prosesləri sürətləndirmək və şirkətlərin məhsuldarlığını artırmaqdır.
    New capital to bring frontier AI to critical industries - Thrive Holdings
        Thrive Holdings, OpenAI-ın əsas investorlarından biri olan Thrive Capital-dan ayrılaraq yaradılıb. 2025-ci ilin dekabrında isə OpenAI Thrive Holdings-də pay sahibi olub. Razılaşmanın diqqətçəkən tərəflərindən biri OpenAI əməkdaşlarının Thrive-a daxil olan şirkətlərlə birbaşa işləyərək onların AI texnologiyalarına keçidini sürətləndirməsidir.
        Hazırda Thrive Holdings platformalarında 70-dən çox şirkət fəaliyyət göstərir. Bunların böyük hissəsi iki əsas istiqamətdə cəmlənib. Mühasibatlıq istiqamətində fəaliyyət göstərən Current platformasında 50-dən çox şirkət və 2000-dən artıq mütəxəssis var. İT istiqamətindəki Shield platforması isə təxminən 20 şirkəti birləşdirir.
    Paylaş