OpenAI ekransız süni intellekt cihazı hazırlayır
Süni İntellekt
15.07.2026
Sevinj
OpenAI evdə istifadə üçün nəzərdə tutulmuş yeni süni intellekt cihazı üzərində çalışır. Bloomberg-in yaydığı məlumata görə, şirkət ekranı olmayan, daşına bilən ağıllı dinamik hazırlayır. Qurğu ChatGPT texnologiyası ilə işləyəcək və adi ağıllı dinamiklərdən fərqli olaraq istifadəçi ilə daha "şəxsi" münasibət qurmağa çalışacaq. Məlumata əsasən, yeni cihaz ağıllı ev avadanlıqlarını idarə edə, musiqi səsləndirə, mesajlara cavab verə və istifadəçilərin suallarını cavablandıra biləcək. Bununla yanaşı, OpenAI qurğunu sadəcə səs köməkçisi kimi deyil, evdə daim istifadəçi ilə ünsiyyətdə olan süni intellekt yoldaşı kimi təqdim etməyi planlaşdırır.
Bloomberg bildirir ki, cihazda hərəkət edən mexaniki elementlər olacaq. Bu elementlər vasitəsilə müxtəlif emosiyaları ifadə edəcək və istifadəçilərdə daha "insanı xatırladan" təəssürat yaratmağa çalışacaq. Məqsəd ChatGPT-ni fiziki formada təqdim etməkdir. Ən çox diqqətçəkən məqamlardan biri isə məxfiliklə bağlıdır. İddialara görə, cihaz istifadəçinin e-poçtlarına giriş əldə edə, kamera və müxtəlif sensorlar vasitəsilə ətraf mühiti müşahidə edə, gündəlik vərdişləri öyrənərək istifadəçi sorğu vermədən belə proaktiv şəkildə kömək təklif edə biləcək.
Paylaş