Logo
    main-post-cover

    OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır

    Süni İntellekt
    11.04.2025
    Emil
         OpenAI yaxın zamanda bir neçə yeni süni zəka modelini təqdim etməyi planlaşdırır. Bunlar arasında GPT-4-ün təkmilləşdirilmiş versiyası olan GPT-4.1 də yer alır. Bu model, flaqman səviyyəli düşünmə qabiliyyətinə malik GPT-4o modelinin inkişaf etdirilmiş versiyası olacaq. The Verge-in məlumatına görə, GPT-4.1 modeli də GPT-4o kimi mətn, şəkil və səsi real vaxt rejimində emal edə biləcək. OpenAI eyni zamanda bu modelin daha yüngül versiyalarını da təqdim etməyi planlaşdırır: GPT-4.1 miniGPT-4.1 nano. Bu modellərin gələn həftə istifadəyə verilməsi mümkündür.
         Bundan əlavə, şirkət o3 modelinin tam versiyasını və o4 mini adlı yüngülləşdirilmiş variantını da təqdim etməyə hazırlaşır. Süni zəka tərtibatçısı Tibor Blaho - yeni funksiya və modelləri digərlərindən əvvəl müşahidə etməsi ilə tanınır - ChatGPT-nin veb versiyasında bu modellərə dair istinadlar aşkarlayıb. Onun fikrincə, bu da modellərin yaxın zamanda istifadəyə veriləcəyinə işarədir. Maraqlıdır ki, OpenAI-nın baş direktoru Sam Altman daha əvvəl X sosial şəbəkəsində şirkətin məhsul xəttində “həyəcanverici funksiyaların” ortaya çıxacağını açıqlamışdı. Lakin bunun yeni modellərlə bağlı olub-olmadığını dəqiqləşdirməmişdi.
         Eyni zamanda o, istifadəçiləri hesablama gücünə düşən yüksək yük səbəbilə gecikmələr və nasazlıqlar barədə əvvəlcədən xəbərdar etmişdi: “Performans problemlərini həll etdiyimiz müddətdə gecikmələr, nasazlıqlar və xidmətlərin ləng işləməsini gözləmək lazımdır”. Xatırladaq ki, daha əvvəl OpenAI ChatGPT-nin pulsuz versiyasında şəkil generatorundan istifadəyə məhdudiyyət qoymağa məcbur olmuşdu. Bu qərar serverlərin həddindən artıq yüklənməsi ilə əlaqəli idi. Altman-ın sözlərinə görə, bu funksiyanın məşhurluğu nəticəsində onların GPU-ları demək olar ki, əriməyə başlayıb, bu da şirkətin xidmətlərinə olan nəhəng tələbatın real təsdiqi kimi dəyərləndirilir.
    Mənbə: The Verge
    Paylaş