OpenAI güclü süni zəkanın yaradılması istiqamətində heyrətləndirici sıçrayışa nail olub
Süni İntellekt
23.11.2023
Emil Nəcəfov
Reuters saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad olunmasından bir neçə müddət öncə şirkətin bir neçə elmi əməkdaşı direktorlar şurasına məktub göndəriblər və həmin məktubda süni zəkanın hazırlanma prosesində heyrətləndirici sıçrayışın olduğu qeyd edilib. Elmi əməkdaşların fikirlərinə əsasən bu öz növbəsində insanlıq üçün böyük təhlükə mənbəyi ola bilər. Məlumata əsasən sözügedən məktub direktorlar şurasının Altman-dan narazı qalmasına səbəb olan faktorlar arasındadır. Məktubda söhbət, Q* adlı layihədən gedib. OpenAI nümayəndələri bu layihə haqqında fikir bildirmirlər.
Lakin bir neçə gün ərzində şirkətin CEO vəzifəsində çalışmış Mira Murati-nin şirkət əməkdaşlarına ünvanladığı mesajında o, Q* adlı layihənin mövcudluğunu və kütləvi informasiya vasitələrinin ona xüsusi maraq göstərdiklərini təsdiqləyib. Şirkətin bəzi əməkdaşlarının fikirlərinə əsasən Q* layihəsi ümumi süni zəkanın (Artificial General Intelligence / AGI) yaradılmasında həlledici rolu oynaya bilər. Qeyd etmək lazımdır ki, nəzəri cəhətdən ümumi süni zəka tapşırıqları insan səviyyəsində yerinə yetirə biləcək. Məlumatda qeyd edilib ki, Q* layihəsi çərçivəsində hazırlanmış süni zəka modeli riyazi tapşırıqları orta məktəb şagirdi səviyyəsində həll edə bilib.
Mütəxəssislərin fikirlərinə əsasən riyaziyyat generativ süni zəka inkişafı sahəsində aparıcı faktorlardan biridir. Məlumata əsasən yaradılmış yeni süni zəka modeli uğurlu şəkildə mətnləri tərtib edə və müxtəlif dillərə tərcüməni reallaşdıra bilir. Lakin o, eyni suala müxtəlif cavablar verə bilər. Yalnız bir doğru cavabın olmasını tələb edən riyaziyyat kimi sahədə uğurun əldə edilməsi öz növbəsində süni zəkada insan zəkası səviyyəsində əsaslandırma bacarığının olduğuna işarə edir. OpenAI şirkətinin direktorlar şurasına yönləndirilmiş məktubda şirkət əməkdaşları süni zəkanın gücünü və onun insanlıq üçün ola biləcək potensial təhlükəni qeyd ediblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
ChatGPT-də çat-botla səsli ünsiyyət funksiyası hamı üçün istifadəyə verilib
OpenAI şirkəti elan edib ki, süni zəka əsaslı ChatGPT çat-botu ilə səsli ünsiyyət imkanı bütün istifadəçilər üçün təqdim edilib.
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemi təqdim edilib (VİDEO)
Stable Diffusion generativ süni zəka sistemini yaratmış Stability AI şirkəti Stable Video Diffusion adlı yeni generativ süni zəka sistemini təqdim edib.
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib.
Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
Süni zəka 2033-cü ilə qədər 4 günlük iş həftəsinə keçid imkanını verəcək
ChatGPT kimi süni zəka sistemlərinin inteqrasiyası 2033-cü ilə kimi ABŞ və Böyük Britaniyadakı işçilərin 28%-nin 4 günlük iş həftəsinə keçid etmələrinə imkan verə bilər.
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsindən sonra şirkətin demək olar bütün işçi heyəti könüllü şəkildə işdən çıxacaqları hədə-qorxusunu direktorlar şurasına məktub vasitəsilə bildirib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!