Logo
    main-post-cover

    OpenAI gündəlik rutin işləri görəcək süni zəka üzərində çalışır

    Süni İntellekt
    16.11.2024
    Emil
         Bloomberg saytının öz insayderlərinə istinadən vermiş olduğu məlumata əsasən OpenAI şirkəti öz yeni məhsulunu hazırlayır. Söhbət, ChatGPT-nin yeni versiyasından getmir. Məlumatda qeyd edilib ki, şirkətin yeni məhsulu Operator adlı süni zəka agenti olacaq və o, istifadəçinin adından gündəlik tapşırıqların yerinə yetirilməsinə istiqamətlənəcək. Qeyd etmək lazımdır ki, süni zəka agentlərinin əsas üstünlükləri ondan ibarətdir ki, onlar avtonom şəkildə çalışa bilirlər. Yəni onların çalışmaları və idarə olunmaları üçün kənardan insanın iştirakına ehtiyac yoxdur.
         Bu cür süni zəka sisteminə sadəcə olaraq bəzi rutin tapşırıqları həvalə etmək lazımdır. Məsələn süni zəka agenti biletləri bronlaşdıra, yeməklər sifariş edə və ya günün hansısa zamanında proqram təminatı kodunu tərtib edə bilər. Məlumata əsasən OpenAI şirkətinin CEO-su Sam Altman şirkətin bu yeni məhsulunu növbəti böyük innovasiya hesab edir. OpenAI şirkətinin Operator adlı süni zəka agentinin nə zaman təqdim edəcəyi bilinmir. Lakin bu, gələn ilin əvvəlində baş verə bilər. Çox güman ki, bu süni zəka sistemi ilkin versiya şəklində hələki yalnız tərtibatçılar üçün təqdim ediləcək.
    Paylaş