OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
Süni İntellekt
13.09.2024
Emil Nəcəfov
OpenAI şirkəti əsaslandırma və tapşırıqları məntiqi yolla həll etmə bacarıqlarına sahib yeni süni zəka modelini təqdim edib. Yeni süni zəka modeli o1 adlanır. Şirkətin daha öncəki süni zəka modelləri ilə müqayisədə o1 qəliz tapşırıqları daha sadə addımlara ayıraraq, müxtəlif üsulları analiz edərək və öz səhvlərini düzəldərək insan düşüncəsi prosesini imitasiya edə bilir. Sözügedən yeni süni zəka modeli müxtəlif testlərdə və yarışmalarda peşəkar insanların nəticələri ilə müqayisə oluna biləcək üstün nəticələr sərgiləyib. Məsələn bu yeni süni zəka modeli İnformatika üzrə Beynəlxalq Olimpiadada 49-cu yeri tutub və proqramlaşdırma üzrə Codeforces adlı yarış platformasındakı insanların 89%-ni geridə qoyub.
Riyaziyyat üzrə o1, ABŞ Riyaziyyat Olimpiadasının seçmə mərhələsində ən istedadlı tələbələr üçün nəzərdə tutulmuş tapşırıqların öhdəsindən gələrək ABŞ-ın 500 ən yaxşı tələbəsi siyahısına daxil olub. Təbiət elmlərinda o, kimya, fiziki və biologiya kimi sahələrdə bilikləri qiymətləndirməyə imkan verən GPQA diamond adlı qəliz test çərçivəsində həkimlərin və elmlər doktoru adına namizəd olan şəxslərin nəticələrini geridə qoyub. “Bu, o1-in elmlər doktoru adına namizəd olan istənilən şəxsdən daha ağıllı olduğu demək deyil. Bu onu göstərir ki, sözügedən süni zəka modeli bəzi tapşırıqların öhdəsindən yüksək səviyyədə ixtisaslaşmış şəxs səviyyəsində gələ bilir” - deyə OpenAI qeyd edib.
Şirkətin məlumatlarına əsasən yeni süni zəka modeli məntiqli düşüncəni əhatə edən tapşırıqların çoxunda GPT-4o-nu geridə qoyub. Yeni süni zəka modeli GPT-4o ilə müqayisədə daha az səhvlərə yol verir. Lakin bununla belə o1 daha ləng çalışır və daha baha başa gəlir. Bundan əlavə olaraq o1 ensiklopedik biliklər mövzusunda GPT-4o-dan geridə qalır və üstəlik veb səhifələri, faylları və fotoları emal edə bilmir. OpenAI bildirib ki, o1-in belə nəticələr sərgiləməsində əsas səbəb tamamilə yeni təlimatlandırma alqoritmindədir. Söhbət, fikirlər zəncirindən gedir. Bu yeni süni zəka modeli ən optimal nəticələrin əldə olunması üçün qərarların qəbul edilməsi üsulu üzrə özü-özünü təlimatlandıraraq fikirlər zəncirini təkmilləşdirə bilir.
Nəticədə o1 öz səhvlərini təyin edir, onları aradan qaldırır və qəliz tapşırıqları daha sadə addımlara ayıraraq tapşırığın yerinə yetirilməsi üçün müxtəlif üsulları nəzərdən keçirir. Bu proses öz növbəsində süni zəka modelinin əsaslandırma bacarığını yaxşılaşdırır və nəticə etibarilə süni zəka hər hansısa cavabı təqdim etməmişdən öncə real insan kimi uzun müddət ərzində düşüncə prosesində ola bilər. OpenAI yeni süni zəka modelinin o1-preview adlı ilkin versiyasını ChatGPT tərkibində artıq istifadəyə verib. O həmçinin tərtibatçılar üçün də API üzərindən aktivdir.
OpenAI bildirib ki, o1-dən istifadənin digər süni zəka modellərindən istifadə kimi sadə olması yolunda bir xeyli işlərin görülməsi lazım olacaq. o1-preview-dan istifadə haqqı 1 milyon giriş tokeni üçün 15$, 1 milyon çıxış tokeni üçün isə 60$ təşkil edir. Bununla yanaşı şirkət o1 mini süni zəka modelini də təqdim edib. O, o1-preview versiyasının daha sadələşdirilmiş versiyasıdır. O daha sürətli şəkildə çalışır və əsasən proqramlaşdırma mövzusunda çox effektivdir. o1 mini daha kompakt süni zəka modeli olduğu səbəbilə daha ucuz başa gəlir. Sadələşdirilmiş versiya ChatGPT-dən pulsuz şəkildə istifadə edənlərə istiqamətlənib. Lakin onun nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI yeni investisiyalar ilə yanaşı 5 milyard dollarlıq kredit əldə etməyi planlaşdırır
OpenAI yeni investisiyalar ilə yanaşı 5 milyard dollarlıq kredit əldə etməyi planlaşdırır
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən OpenAI şirkəti yeni investisiyalar cəlb etmək niyyətindədir.
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
Artıq məlumdur ki, OpenAI şirkəti Strawberry adlı yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır və bu süni zəka sistemi ChatGPT çat-botunun tərkibində istifadəyə veriləcək.
Tələbələrin hətta özlərini tanıtmaq üçün də ChatGPT-dən istifadə etdikləri ortaya çıxıb!
Tələbələrin hətta özlərini tanıtmaq üçün də ChatGPT-dən istifadə etdikləri ortaya çıxıb!
Bir professorun verdiyi "özünü təqdim et" tapşırığını yerinə yetirmək üçün tələbələrin ChatGPT-dən istifadə etmələri mübahisələrə səbəb olub.
OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!
OpenAI tərəfindən hazırlanan yeni ChatGPT Next-in abunəlik haqqı 2000 dollara ola bilər!
OpenAI-nin bu payızda yeni nəsil süni intellekt modellərini bazara çıxaracağı gözlənilir. Son məlumatlara görə, yeni dil modelləri üçün aylıq abunə haqqı 2000 dollar kimi yüksək qiymətlə gələ bilər.
52 yaşlı şəxs süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilər sayəsində milyonlarla dollar vəsait qazanıb
52 yaşlı şəxs süni zəka vasitəsilə tərtib edilmiş saxta musiqilər sayəsində milyonlarla dollar vəsait qazanıb
Verilmiş məlumata əsasən ABŞ-ın Şimali Karolina ştatından olan Michael Smith adlı 52 yaşlı musiqiçi saxta musiqi qrupları adından yüz minlərlə saxta musiqilərin hazırlanmasında süni zəkadan istifadə edib və daha sonra hazırlanmış musiqiləri müxtəlif musiqi servislərində yerləşdirərək onlar üçün saxta insanlar tərəfindən dinləmələri təmin edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!