Logo
    OpenAI-nin baş alimi süni intellektin inkişafını yavaşlatmağa çağırdı

    OpenAI-nin baş alimi süni intellektin inkişafını yavaşlatmağa çağırdı

        “OpenAI” şirkətinin baş alimi Jakub Pachocki bildirib ki, süni intellektin inkişafı kritik mərhələyə çatıb və bu sahədə işlər bütün sənaye üzrə yavaşladılmalıdır. Onun çağırışı yalnız “OpenAI” şirkətinə deyil, süni intellekt üzərində çalışan bütün şirkətlərə aiddir. Açıqlama biznes üçün nəzərdə tutulan “GPT-6 Astra” modelinin təqdimatından bir neçə gün sonra verilib.
    OpenAI-nin baş alimi süni intellektin inkişafını yavaşlatmağa çağırdı
        Pachockinin sözlərinə görə, süni intellekt sistemləri kompüter təhlükəsizliyi üçün yeni və aydın risklər yaradır. Maşın intellektinin sürətlə inkişafının hansı nəticələrə gətirəcəyinə heç kim hazır deyil. Buna görə də sistemlərin idarəolunan qalması, onlara nəzarətin gücləndirilməsi və qərarların qəbulunda insanların iştirak etməsi vacibdir.
        “OpenAI” hazırda avtomatlaşdırılmış tədqiqat köməkçisi hazırlayır və süni intellektin özünü təkmilləşdirməsi üzərində işləyir. Bu yanaşmada sistem özünün növbəti versiyasının hazırlanmasına kömək edir. Pachocki hesab edir ki, bu imkanlar daha da inkişaf etməzdən əvvəl tempi azaltmaq və növbəti addımları düzgün müəyyənləşdirmək lazımdır. O, dərin öyrənməyə əsaslanan süni intellekt tədqiqatını hələ də əsasən təcrübələrə söykənən elm sahəsi adlandırır.
    OpenAI-nin baş alimi süni intellektin inkişafını yavaşlatmağa çağırdı
        Pachockinin fikrincə, maşın intellekti artıq bəzi mühüm sahələrdə insan imkanlarını aşmağa başlayıb. Süni intellekt tədqiqatları illərdir daha güclü hesablama sistemləri və yeni alqoritmlər sayəsində sürətlənir. Ancaq bu sistemlərin necə işlədiyinə dair biliklər eyni sürətlə artmayıb. Bu isə gələcəkdə nəzarətin itirilməsi riskini gündəmə gətirir.
        “OpenAI” şirkətinin baş alimi çıxış yolu kimi süni intellekt sistemlərinin insan məqsədlərinə uyğun davranmasına və daimi nəzarətin gücləndirilməsinə diqqət ayrılmasını təklif edir. Digər variant isə lazım gəldikdə gələcək modellərin hazırlanmasını yavaşlatmaq üçün hökumətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlıq qurmaqdır. Pachocki bu üsullardan yalnız birini seçmək əvəzinə, hər ikisinin birlikdə tətbiqini daha düzgün hesab edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...