OpenAI növbəti güclü süni zəka modeli olan GPT-4o-nu təqdim edib (VİDEO)
Süni İntellekt
14.05.2024
Emil Nəcəfov
OpenAI şirkəti keçirtmiş olduğu xüsusi tədbir çərçivəsində GPT-4o adlı yeni güclü generativ süni zəka modelini təqdim edib. Təqdim edilmiş bu yeni güclü süni zəka modeli yaxın həftələr ərzində ChatGPT-yə və şirkətin digər məhsullarına inteqrasiya ediləcək. Onun adında olan o hərfi omni (hərtərəfli) sözündən götürülüb. Bu isə GPT-4o-nun multimodal süni zəka modeli olduğunu göstərir. OpenAI şirkətinin texniki direktoru olan Mira Murati tədbir zamanı bildirib ki, bu yeni süni zəka modeli GPT-4 səviyyəsində zəkaya sahib olsa da, mətn, foto və audio ilə çalışma mövzularında özündə daha geniş imkanları birləşdirir.
“GPT-4o səsi, mətni və vizual obrazları dərk edə bilir. Bu isə çox vacib bir faktordur. Çünki biz, kompüterlərlə aramızdakı gələcək qarşılıqlı əlaqə haqqında düşünürük” - deyə Murati qeyd edib. GPT-4o-dan daha öncə təqdim edilmiş və istifadəyə verilmiş GPT-4 Turbo mətn və foto kombinasiyası əsasında təlimatlandırılıb. Bunun sayəsində GPT-4 Turbo mətnin fotodan ayrılması və ya fotonun tərkib hissəsinin dərk edilməsi istiqamətində foto və mətnləri analiz edə bilir. GPT-4o da bu imkanlara sahibdir. Lakin yeni süni zəka modelinə üstəlik nitq imkanı da əlavə edilib. ChatGPT artıq səs vasitəsilə çalışma rejimini dəstəkləyir.
Bu rejim çərçivəsində çat-botun cavabları mətnin nitqə çevrilməsi modeli vasitəsilə deşifrələnir. GPT-4o isə öz növbəsində ChatGPT-nin bu funksiyasını daha da təkmilləşdirəcək. Nəticədə istifadəçinin çat-botla qarşılıqlı əlaqəsi onun səsli köməkçi ilə qarşılıqlı əlaqəsinə bənzəyəcək. Məsələn çat-botla nitq vasitəsilə ünsiyyət zamanı ona müxtəlif suallar vermək olacaq və çat-bot nitq vasitəsilə cavab verən zaman istifadəçi onun nitqini yarıda bölüb əlavə nəsə soruşa biləcək. OpenAI bildirib ki, GPT-4o hətta istifadəçinin nitq vasitəsilə emosiyasını da təyin etmə imkanına sahibdir. Nəticədə o, istifadəçiyə cavabı real zaman ərzində olan emosional vəziyyətə uyğun şəkildə səs tonu ilə təqdim edəcək.
GPT-4o üstəlik ChatGPT-nin vizual imkanlarını da təkmilləşdirəcək. Belə ki, bundan sonra çat-bot istifadəçi tərəfindən təqdim edilən bu və ya digər foto əsasında olan suallara sürətli şəkildə cavab verə biləcək. Məsələn istifadəçi çat-bota hansısa proqram təminatının kodunu göstərərək ondan kodda nələrin baş verdiyini soruşa bilər. Və ya istifadəçi hər hansısa şəxsin fotosunu təqdim edərək fotodakı şəxsin geyinmiş olduğu paltarın hansı brendə məxsus olduğunu soruşa bilər. Gələcəkdə bu süni zəka modelinin imkanları daha da genişləndiriləcək.
Mira Murati-nin sözlərinə əsasən əgər GPT-4o hal-hazırda hər hansısa menyunun fotosundakı mətni digər dilə tərcümə edə bilirsə, gələcəkdə o, canlı yayım çərçivəsində idman oyununu izləyərək sizlərə onun qaydalarını başa sala biləcək. Bununla yanaşı GPT-4o fiziki məhdudiyyətli şəxslərə də çox faydalı olacaq. Təqdim edilmiş videolardan birində görmə məhdudiyyətli şəxs ChatGPT-dən smartfonun arxa kamerası önündə əks olunmuş obyekt barəsində məlumatın verilməsini istəyir. ChatGPT isə öz növbəsində smartfon kamerası vasitəsilə ətraf mühiti analiz edərək sürətli şəkildə cavabı təqdim edir.
Digər videolarda isə GPT-4o-nun real zaman ərzində nitq tərcüməsini və riyazi tapşırığın vizual görüntü vasitəsilə həll edilməsi imkanlarını görmək olar. GPT-4o süni zəka modeli ChatGPT-nin həm ödənişli həm də pulsuz versiyasından istifadə edənlər üçün aktiv olacaq. Lakin ChatGPT Plus ödənişli versiyasının istifadəçiləri üçün mesajlaşma limiti 5 dəfə daha geniş olacaq. Yəni onlar GPT-4o ilə daha çox mesajlaşa biləcəklər. Təyin edilmiş litimin keçilməsi halında ChatGPT pulsuz versiyada GPT-3.5-ə, ödənişli versiyada isə GPT-4-ə avtomatik keçid edəcək.
ChatGPT-nin pulsuz versiyasından istifadə edənlər daha öncə çat-botun ödənişli versiyasında olmuş bəzi funksiyalardan GPT-4o çərçivəsində faydalan biləcəklər. Məsələn istifadəçilər lazımi məlumatı süni zəkanın sistemində deyil, internetdə axtara biləcəklər. Üstəlik adi istifadəçilər GPT Store-dan da pulsuz şəkildə faydalana biləcəklər. Bundan əlavə olaraq OpenAI şirkəti bildirib ki, ChatGPT-nin yaxın zamanda Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqi də istifadəyə veriləcək. Tətbiqin Windows üçün nəzərdə tutulmuş versiyası da hazırlanır və o, bu il ərzində istifadəyə veriləcək. Şirkət bildirib ki, nitq vasitəsilə ünsiyyət imkanı GPT-4o-nun API-na bütün istifadəçilər üçün hələ əlavə edilməyib. Belə ki, bu imkandan düzgün şəkildə istifadə etməmək riski var. Buna görə də şirkət yaxın həftələr ərzində nitq vasitəsilə ünsiyyət imkanını ilk növbədə etibarlı partnyorları üçün istifadəyə verəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
Apple şirkəti gələn ay keçiriləcək WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarına sahib iOS 18 əməliyyat sistemini təqdim edəcək.
OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
Yaxın günlərdə süni zəka sahəsində vacib bir hadisə baş verə bilər.
Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
2020-ci ilin mart ayında Microsoft-un direktorlar şurasının sədrliyini tərk edən Bill Gates şirkətdə rəsmi vəzifəsi olmasa da, öz vəzifəsini davam etdirirmiş.
ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
ChatGPT-nin Plus adlı ödənişli versiyası yeni funksiya əldə edib. Çat-botun əldə etmiş olduğu Memory (yaddaş) adlı yeni funksiya onun istifadəçi ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa hədəflənib.
Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
Avropa Birliyi vətəndaşı ChatGPT ilə bağlı OpenAI-a qarşı şikayət edib. Anonim şəxsin dediyinə görə, ChatGPT onun doğum tarixini səhv təqdim edib.
Həftənin xəbərləri
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!