Logo
    main-post-cover

    OpenAI şəxsi maliyyə üzrə AI startapı Hiro Finance-ı satın aldı

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, OpenAI şəxsi maliyyə planlaşdırılması üzrə fəaliyyət göstərən AI startapı Hiro Finance-ı satın aldığını açıqlayıb. Razılaşmanın maliyyə detalları ictimaiyyətə açıqlanmasa da, Hiro-nun qurucusu Ethan Bloch və şirkətin təxminən 10 nəfərlik komandası tam şəkildə OpenAI-a qoşulacaq.
    OpenAI acquires AI personal finance startup Hiro - The Economic Times
        Məlumata görə, Hiro fəaliyyətini 20 aprel tarixində dayandıracaq və platformadakı bütün istifadəçi məlumatları 13 may tarixinə qədər silinəcək. 2023-cü ildə yaradılmış Hiro Finance istifadəçilərə maaş, borc və aylıq xərclər kimi məlumatları daxil etməklə fərqli maliyyə ssenarilərini analiz etməyə imkan verən süni intellekt əsaslı planlama platforması idi. Platformanın diqqətçəkən xüsusiyyətlərindən biri isə AI tərəfindən aparılan maliyyə hesablamalarının doğruluğunu ayrıca yoxlama imkanı təqdim etməsi idi. Bu addım xüsusilə süni intellekt modellərinin riyazi hesablamalarda zaman-zaman səhvlər etməsi fonunda əhəmiyyətli hesab olunurdu.
        Hiro startapı Ribbit Capital, General Catalyst və Restive kimi tanınmış investorlar tərəfindən dəstəklənirdi. Şirkətin qurucusu Ethan Bloch fintech sahəsində tanınmış sahibkarlardan biridir. O, bundan əvvəl 2009-cu ildə yaratdığı Flowtown platformasını 5 milyon dollara satıb, daha sonra isə rəqəmsal bankçılıq startapı olan Digit-i 2021-ci ildə 200 milyon dollardan artıq məbləğə Oportun şirkətinə satmışdı.
        Bu satınalma OpenAI-ın maliyyə texnologiyaları sahəsində ilk addımı deyil. Şirkət artıq ChatGPT-ni biznes və maliyyə komandaları üçün aktiv şəkildə təqdim edir. Hiro-nun alınması isə OpenAI-ın gələcəkdə fərdi büdcə idarəetməsi, borc optimizasiyası və qənaət planlaşdırılması kimi sahələrdə daha ixtisaslaşmış AI həlləri təqdim edə biləcəyinə işarə edir. Hazırda isə OpenAI-ın Hiro texnologiyasını ayrıca məhsul kimi təqdim edib-etməyəcəyi və ya onu mövcud platformalarına inteqrasiya edəcəyi məlum deyil.
    Paylaş