Logo
    main-post-cover

    OpenAI şirkəti GPT-4-dən 100 dəfə güclü olacaq süni zəka modelinin təqdimatına hazırlaşır

    Süni İntellekt
    28.10.2024
    Emil
         OpenAI şirkəti Orion kod adına sahib yeni süni zəka modelini təqdim etməyə hazırlaşır. Bunun ya bu ilin sonuna kimi ya da gələn il baş tutacağı gözlənilir. İlkin mərhələdə Orion-dan yalnız OpenAI partnyorları istifadə edə biləcəklər. Onun sayəsində onlar fərdi məhsullarını və funksiyalarını hazırlaya biləcəklər. Şirkətin daha əvvəlki süni zəka modelləri olan GPT-4oo1-dən fərqli olaraq Orion ilk başdan ChatGPT tərkibinə inteqrasiya edilməyəcək. OpenAI şirkətinin əsas partnyoru olan Microsoft şirkəti Orion-u Azure bulud platformasında işə salmağa hazırlaşır.
         OpenAI isə öz növbəsində bu yeni süni zəka modelini GPT-4-ün davamçısı hesab edir. Lakin onun rəsmi şəkildə GPT-5 adını əldə edib-etməyəcəyi bilinmir. OpenAI rəhbərlərindən birinin sözlərinə əsasən Orion nəticədə GPT-4-dən 100 dəfə güclü ola bilər. Bu isə sözügedən layihənin nə dərəcədə iddialı olduğunu sərgiləyir. Orion müstəqil süni zəka kimi hazırlanır və o, sentyabr ayında təqdim edilmiş o1 süni zəka modelinin əcdadı hesab edilir. Məlumata əsasən Orion-un təlimatlandırılması prosesində o1 tərəfindən tərtib edilmiş sintetik məlumatlardan istifadə edilib. Məlumatda qeyd edilib ki, yeni süni zəka modelinin təlimatlandırılması prosesi sentyabr ayında yekunlaşıb.
    Paylaş
    Bənzər xəbərlər
    14-yasli-bir-usagin-olumunde-suni-intellekt-gunahkar-gorulub
    Süni İntellekt

    14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!

    14 yaşlı bir uşağın intiharında Character.AI-ı günahlandıran ana, süni zəka şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
    runway-film-tarixinde-cigir-acacaq-yeni-act-one-aletini-teqdim-edib-video
    Süni İntellekt

    Runway, film tarixində cığır açacaq yeni Act-One alətini təqdim edib! (VİDEO)

    Film dünyasında tarixi bir dönüş nöqtəsinə yaxınlaşılır. Süni intellekt şirkəti Runway, Act-One aləti ilə üz ifadələrini çəkmək və digər personajlara köçürməkdə qeyri-adi uğur nümayiş etdirir.
    suni-intellekt-artiq-hec-bir-mudaxile-olmadan-tekbasina-komputerleri-idare-ede-bilir
    Süni İntellekt

    Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!

    Anthropic-in Claude AI üçün yeni "kompüter istifadəsi" funksiyası tərtibatçıların istifadəsinə verilib. Adından da göründüyü kimi, bu funksiyanın köməyi ilə süni zəka, kompüteri müstəqil şəkildə idarə edə bilir.
    apple-dan-sok-etiraf-reqiblerimizden-2-il-gerideyik
    Digər

    Apple-dan şok etiraf: “Rəqiblərimizdən 2 il geridəyik!”.

    Son 5 ildə texnologiya nəhəngləri süni intellektdə irəliləyərkən, Apple-ın Apple Intelligence addımını gec atdığı söylənilirdi. Görünən odur ki, Apple və əməkdaşları da bu fikirdən uzaq deyillər.
    96-dogruluq-payi-ile-xerceng-xesteleyini-askarlaya-bilen-suni-intellekt-hazirlanib
    Süni İntellekt

    96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!

    Süni intellekt inkişaf etdikdə həyatımıza müxtəlif faydaları da toxunmağa davam edir. İndi isə Harvard Universitetində çalışan alimlər, dünya tarixini dəyişdirə biləcək bir model üzərində işləyirlər.