
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
Süni İntellekt
19.07.2024
Emil
OpenAI şirkəti hələ bir neçə müddət bundan öncə təqdim etmiş olduğu GPT-4o adlı süni zəka modelinin sadələşdirilmiş və əlçatan versiyasını təqdim edib. Söhbət, GPT-4o Mini-dən gedir. Bu yeni süni zəka modelinin istifadəsi tərtibatçılar üçün maliyyə baxımından daha sərfəli olacaq. Üstəlik qeyd etmək lazımdır ki, sözügedən yeni süni zəka modelinin performansı OpenAI şirkətinin digər süni zəka modeli olan GPT-3.5-in performansından daha yüksəkdir. OpenAI şirkətinin süni zəka modellərinin istifadəsi ilə tətbiqlərin hazırlanması prosesi olduqca baha başa gələ bilər.
Yetəri qədər vəsaitə sahib olmayan tərtibatçılar onlardan imtina edərək Gemini 1.5 Flash və Claude 3 Haiku kimi alternativ variantlardan istifadə edə bilərlər. GPT-4o Mini versiyasının istifadəyə verilməsi ilə bu sahədə rəqabət daha kəskin olacaq. Beləliklə bu gündən başlayaraq ChatGPT-nin pulsuz, ödənişli Plus və Team versiyalarının istifadəçiləri çat-botun versiyasını GPT-3.5 Turbo-dan GPT-4o Mini-yə dəyişə bilərlər. ChatGPT-nin Enterprise tarifinin istifadəçiləri isə bu cür imkanı gələn həftə əldə edəcəklər. Bu isə o deməkdir ki, istifadəçilər artıq GPT-3.5-dən istifadə edə bilməyəcəklər. Lakin tərtibatçılar ondan API vasitəsilə istifadəyə davam edə biləcəklər. GPT-4o Mini-yə gəldikdə isə o, mətn, foto, audio və video fayllarla çalışa bilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
