
OpenAI şirkəti zərərli süni zəka modellərinin yaradılması riski üzərində nəzarəti gücləndirir
Süni İntellekt
19.12.2023
Emil
OpenAI şirkəti potensial zərərli süni zəka modellərinin yaradılması risklərinin aradan qaldırılması istiqamətində əlavə nəzarət tədbirlərini tətbiq edir. Bu istiqamətdə əsasən şirkət daxilində təhlükəsizlik ilə əlaqəli xüsusi konsultativ qrup yaradılır. Yaradılan qrup hazırlanan süni zəka modellərinin risklərini bir neçə istiqamətdə qiymətləndirəcək. Həmin istiqamətlərə kibertəhlükəsizlik, dezinformasiya və s. daxildir.
Xüsusi konsultativ qrup bu və ya digər süni zəka layihəsinin qadağan edilməsi və ya məhdudlaşdırılması mövzusunda şirkət menecerlərinə məsləhətlər verə biləcək. Bununla yanaşı OpenAI şirkətinin direktorlar şurası icraçı rəhbərlərin qərarlarına vetonun qoyulması hüququna sahib olacaq. Şirkətin sözlərinə əsasən bu cür tədbirlər potensial zərərli süni zəka modellərinin ilkin mərhələlərdə təyin edilməsində yardımçı olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
