OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
Süni İntellekt
21.06.2024
Emil Nəcəfov
OpenAI şirkətinin həmtəsisçilərindən və keçmiş baş elmi məsləhətçilərindən biri olan Ilya Sutskever öz süni zəka startapını təsis etdiyini elan edib. Onun süni zəka sahəsində fəaliyyət göstərəcək şirkəti Safe Superintelligence adlanır. Bu şirkətin əsas məqsədi təhlükəsiz və eyni zamanda güclü süni zəkanın yaradılmasıdır. Sutskever bildirib ki, Safe Superintelligence şirkətində süni zəkanın təhlükəsizliyi və imkanları eyni səviyyədə inkişaf edəcəklər. Bunun sayəsində şirkət öz süni zəka texnologiyalarını sürətlə inkişaf etdirəcək və eyni zamanda əsas diqqət həmin texnologiyaların təhlükəsizliklərinə ayrılacaq.
OpenAI, Google və Microsoft kimi şirkətlərdən fərqli olaraq Safe Superintelligence-də kommersiya təzyiqi və tez zamanda yeni məhsulları istifadəyə vermək kimi bir öhdəlik olmayacaq. Bu öz növbəsində təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanması ilə texnologiyaların mərhələləri şəkildə miqyaslaşmasına imkan verəcək. Qeyd etmək lazımdır ki, keçən il OpenAI şirkətində çalışan zaman Sutskever aktiv şəkildə Sam Altman-ın işdən azad edilməsinin tərəfdarı idi. Söhbət, OpenAI şirkətinin hal-hazırki CEO-su Sam Altman-dan gedir.
Nəticədə Sutskever may ayında OpenAI şirkətindən ayrıldı və indi öz süni zəka layihəsini anons etdi. Bəzi məlumatlara əsasən onun OpenAI-dan ayrılmasının əsas səbəbi onda idi ki, şirkət öz məhsullarının təhlükəsizliklərinə ciddi şəkildə diqqət ayırmır və yalnız kommersiya arxasınca qaçır. Sutskever bildirib ki, Safe Superintelligence şirkəti hal-hazırda heç bir partnyorluğu nəzərdən keçirtmir. Onun yeganə məhsulu təhlükəsiz süni zəka olacaq və onun yaradılmasına kimi şirkət digər hansısa bir layihə ilə məşğul olmaq niyyətində deyil. Beləliklə Safe Superintelligence şirkəti bazarın OpenAI kimi nəhənglərinə meydan oxuyur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI və Color Health, xərçəng xəstələri üçün süni intellekt köməkçisi hazırlayıb!
OpenAI və Color Health, xərçəng xəstələri üçün süni intellekt köməkçisi hazırlayıb!
Color Health, həkimlərə xərçəng xəstələrini yoxlamaq və müalicə etmək üçün OpenAI-nin GPT-4o modelindən istifadə edən süni intellekt köməkçisi hazırlayıb.
GPT-4 əsaslı çat-bot Turing testindən keçib
GPT-4 əsaslı çat-bot Turing testindən keçib
Günümüzdə neyron şəbəkələri o dərəcədə təkmilləşdirilib ki, adi ünsiyyət çərçivəsində onları real insanlardan fərqləndirmək qəliz məsələyə çevrilir.
Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!
Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!
İdman texnologiyaları şirkəti Sportradar tərəfindən idarə olunan bir sıra süni intellektlə işləyən məlumat simulyasiyalarına görə, İngiltərə 14 iyulda UEFA Euro 2024-də qalib gəlmə ehtimalı yüksək olan komandadır.
Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib
Fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion 3 Medium süni zəka sistemi təqdim edilib
Stability AI şirkəti mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş Stable Diffusion adlı süni zəka sisteminin yeni versiyasını təqdim edib.
Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
Elon Musk, Apple-ın süni intellektinə qarşı sərt reaksiya bildirib!
Böyük dil modeli olan ChatGPT-nin istifadəçi məlumatlarını icazəsiz ələ keçirdiyini iddia edən Elon Musk, Apple-ın istifadəçilərini böyük təhlükə qarşısında qoyduğunu bildirib.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!