Logo
    main-post-cover

    OpenAI şirkətinin keçmiş əməkdaşı öz evində ölü tapılıb

    Süni İntellekt
    16.12.2024
    Emil
         OpenAI şirkətinin keçmiş əməkdaşı Suchir Balaji 26 noyabr tarixində San-Fransiskodakı evində ölü aşkar edilib. Ölüm səbəbi isə sui-qəsd olub. Qeyd etmək lazımdır ki, oktyabr ayında o, The New York Times-a müsahibəsində şirkətin müəllif hüquqları qanununu pozması ilə bağlı narahatlığını dilə gətirmişdi. Suchir Balaji, Berkli Kaliforniya Universitetinin informatika fakültəsində təhsil alırdı. Təhsil müddəti ərzində o, OpenAI və Scale AI şirkətlərində ştaj keçirdi. “Mən ümumilikdə OpenAI şirkətində 4 il çalışmışam. Son 1.5 il ərzində isə ChatGPT üzərində çalışmışam” - deyə Balaji, oktyabr ayında X-dəki (keçmiş Twitter) hesabında qeyd etmişdi. Balaji bildirmişdi ki, o, OpenAI şirkətinə qarşı qaldırılmış bütün məhkəmə iddialarını gördükdən sonra müəllif hüquqlarının qorunması mövzusu ilə maraqlanmağa başlayıb.
         “Mən bu məsələni daha dərindən anlamağa çalışmağa cəhd göstərmək istəyən zaman nəticədə belə qənaətə gəldim ki, bir çox generativ süni zəka məhsulları üçün məlumatların vicdanlı şəkildə istifadəsi inandırıcı müdafiəyə bənzəmir. Səbəb isə ondadır ki, generativ süni zəka təlimatlandırılma prosesində istifadə etdiyi məlumatların əvəzedicilərini formalaşdıra bilir” - deyə Balaji qeyd etmişdi. Balaji-nin LinkedIn hesabındakı məlumata əsasən o əvvəlcə GPT-3-ün təkmilləşdirilmiş versiyası olmuş WebGPT üzərində çalışıb. Bu sistem internetdə axtarış aparma imkanına sahib idi. Daha sonra o bu il ChatGPT-nin tərkibinə inteqrasiya edilmiş SearchGPT-yə çevrildi. Növbəti zamanlarda isə Balaji həmçinin GPT-4 o1 süni zəka sistemlərinin komandalarında çalışdı.
         Balaji-nin The New York Times-a vermiş olduğu müsahibədə qeyd edilmişdi ki, OpenAI şirkəti 2022-ci ilin noyabr ayında istifadəyə verilmiş ChatGPT çat-botunun hazırlanması çərçivəsində icazəsiz şəkildə böyük həcmli internet məlumatlarından istifadə edib. Üstəlik Balaji qeyd etmişdi ki, şirkət YouTube videolarından faydalı məlumatların çıxarılması istiqamətində fərdi proqram təminatını da hazırlayıb. Çox güman ki, YouTube videolarından əldə edilmiş məlumatlar nəticədə ChatGPT-nin təlimatlandırılması prosesində istifadə edilib. Qeyd etmək lazımdır ki, The New York Times keçən ilin sonunda OpenAI şirkətini məhkəməyə verdi. Səbəb isə şirkətin öz süni zəka modellərinin təlimatlandırılması prsesində The New York Times-ın kontentlərindən icazəsiz istifadə idi.
    Paylaş