Logo
    main-post-cover

    OpenAI tərtibatçılar üçün o1-pro adlı ən bahalı süni zəka modelini təqdim edib

    Süni İntellekt
    24.03.2025
    Emil
         OpenAI özünün o1 adlı süni zəka modelinin daha güclü versiyasını - o1-pro modelini istifadəyə verib və onu API vasitəsilə tərtibatçılar üçün əlçatan edib. Şirkətin bildirdiyinə görə, o1-pro modeli daha çox hesablama gücü istifadə edir və bu da onun daha stabil və keyfiyyətli cavablar verməsinə imkan yaradır. Hazırda o1-pro yalnız seçilmiş tərtibatçılar üçün əlçatandır - yəni OpenAI API xidmətlərinə azı 5$ xərcləmiş istifadəçilər üçün. OpenAI bu model üçün aşağıdakı tarifləri müəyyən edib:
    - Giriş üçün ötürülən 1 milyon tokenə (təxminən 750 000 söz) 150$
    - Model tərəfindən generasiya edilən 1 milyon token üçün isə 600$.
         Bu qiymət GPT-4.5-lə müqayisədə giriş məlumatlarının emalında 2 dəfə, o1 modelinin mətn generasiyası ilə müqayisədə isə 10 dəfə bahadır. OpenAI ümid edir ki, o1-pro modelinin artırılmış məhsuldarlığı tərtibatçıları bu cür yüksək məbləğlər ödəməyə razı salacaq. Şirkətin bildirdiyinə görə, bu yeni model əlavə hesablama resurslarından istifadə edərək “daha çox düşünür” və mürəkkəb suallara daha dəqiq cavablar verir.
         “API-dəki o1-pro - bu, o1 modelinin versiyasıdır və daha dərin düşünmək, ən çətin tapşırıqlara daha dəqiq cavablar vermək üçün daha çox hesablama gücü istifadə edir” - deyə OpenAI nümayəndəsi bəyan edib. O əlavə edib ki, tərtibatçılardan gələn çoxsaylı sorğulardan sonra şirkət bu modeli API-yə daxil etmək qərarı verib. Lakin 2024-cü ilin dekabr ayından etibarən ChatGPT Pro abunəçiləri üçün OpenAI-nin süni zəka çat-bot platformasında əlçatan olan o1-pro modeli ilə bağlı ilk rəylər o qədər də müsbət olmayıb.
         İstifadəçilər müəyyən ediblər ki, bu yenilik sudoku tapmacalarının öhdəsindən çətinliklə gəlir və optik illüziyalarla bağlı sadə zarafatlar onu çaşqın vəziyyətə salır. Bundan əlavə, OpenAI-nin 2024-cü ilin sonunda keçirdiyi bəzi daxili testlər göstərib ki, o1-pro proqramlaşdırma və riyaziyyat tapşırıqlarında o1-dən cüzi üstünlük göstərir, lakin daha stabil nəticələr təqdim edir.
    Mənbə: Techcrunch
    Paylaş
    Bənzər xəbərlər
    abs-vitse-prezidenti-j-d-vance-suni-zekanin-tenzimlemeden-azad-edilmesini-faydali-hesab-edir
    Süni İntellekt

    ABŞ vitse-prezidenti J. D. Vance süni zəkanın tənzimləmədən azad edilməsini faydalı hesab edir

    Çərşənbə axşamı, ABŞ-ın vitse-prezidenti J. D. Vance bəyan etdi ki, Trump administrasiyasının süni zəka və texnoloji innovasiyalara verdiyi dəstək həm populistlər, həm də texnologiya sektoruna investisiya qyatıran və onu idarə edənlər üçün faydalı olmalıdır. Vaşinqtonda keçirilmiş Andreessen Horowitz American Dynamism Summit tədbirində çıxış etmiş Vance, süni zəkanın iş yerlərini
    stability-ai-sirketinin-yeni-suni-zeka-modeli-2d-tesvirleri-3d-sehnelere-cevirir
    Süni İntellekt

    Stability AI şirkətinin yeni süni zəka modeli 2D təsvirləri 3D səhnələrə çevirir

    Stability AI şirkəti Stable Virtual Camera adlı yeni süni zəka modelini təqdim edib. Şirkətin bəyanatına görə, bu model 2D təsvirləri realistik dərinlik və perspektivlə möhtəşəm videolara çevirmək qabiliyyətinə malikdir.
    yuzlerle-yaradici-pese-sahibi-suni-zekanin-azad-telimine-qarsi-cixib
    Süni İntellekt

    Yüzlərlə yaradıcı peşə sahibi süni zəkanın azad təliminə qarşı çıxıb

    400-dən çox aktyor, musiqiçi, rejissor, yazıçı və digər yaradıcı peşə sahibləri açıq məktub imzalayıblar. Onlar ABŞ administrasiyasını süni zəka modellərinin müəllif hüquqları ilə qorunan əsərlər üzərində öyrədilməsini qadağan etməyə çağırıblar.
    suni-zeka-10-ilden-sonra-istenilen-tapsiriqda-insan-seviyyesinde-ve-ya-ondan-ustun-olacaq
    Süni İntellekt

    Süni zəka 10 ildən sonra istənilən tapşırıqda insan səviyyəsində və ya ondan üstün olacaq

    Google DeepMind-in baş direktoru Demis Hassabis, insan səviyyəsində və ya ondan üstün olan ümumi süni zəkanın (AGI) yaxın 5-10 il ərzində inkişaf etdiriləcəyini bildirib.
    suni-zeka-skannerleri-ucbatindan-veb-saytlar-daha-leng-calismaga-baslayiblar
    Süni İntellekt

    Süni zəka skannerləri ucbatından veb saytlar daha ləng çalışmağa başlayıblar

    Açıq mənbəli layihələr üçün Git hostinq platforması SourceHut, süni zəka sistemləri hazırlayan şirkətlərin işə saldığı veb-skannerlər səbəbindən xidmətlərinin sürətinin azaldığını elan edib.