Logo
    main-post-cover

    OpenAI təsdiqlədi: ChatGPT-nin pulsuz versiyasında reklamlar görünəcək

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, artıq ChatGPT-də reklamlar görünməyə başlayacaq. Şirkət cümə günü yayımladığı rəsmi blog yazısında ABŞ-də ChatGPT-nin pulsuz və Go tarifləri üçün reklamların test ediləcəyini açıqlayıb. Eyni zamanda bildirilib ki, Pro, Business və Enterprise kimi ödənişli paketlər tamamilə reklamsız qalacaq.
    Our approach to advertising and expanding access to ChatGPT | OpenAI
        OpenAI bu qərarı “istifadəçi etimadına zidd addım” kimi yox, kompromis kimi təqdim edir. Şirkətin sözlərinə görə, ChatGPT daha güclü və geniş istifadə olunan platformaya çevrildikcə, onu hamı üçün əlçatan saxlamaq üçün alternativ maliyyələşmə yollarına ehtiyac yaranır. Reklamlar da məhz bu məqsədə xidmət edəcək.
        Vacib məqam ondan ibarətdir ki, OpenAI reklamlarla cavablar arasında sərt xətt çəkildiyini vurğulayır. Şirkət bildirir ki:
    • ChatGPT-nin cavabları reklamlara görə dəyişdirilməyəcək
    • İstifadəçi söhbətləri reklamçılara ötürülməyəcək və satılmayacaq
    • Reklamlar yalnız ayrıca və açıq şəkildə işarələnmiş formada göstəriləcək
    Paylaş