OpenAI və Disney əməkdaşlıq edir!
Süni İntellekt
11.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Disney CEO Bob Aygerin Disney+ üçün süni intellektlə yaradılmış kontent vədini reallaşdırmağa başlayıb. Şirkət cümə axşamı OpenAI ilə üçillik lisenziya müqaviləsinə imza atdığını açıqlayıb. Bu əməkdaşlıq sayəsində Star Wars və Pixar da daxil olmaqla 200-dən çox məşhur Disney personajı Sora tətbiqinə və ChatGPT-yə inteqrasiya ediləcək.
Bu razılaşma ilə OpenAI istifadəçiləri ChatGPT-də Disney-in intellektual mülkiyyətinə aid personajları, kostyumları, rekvizitləri, nəqliyyat vasitələrini və mühitləri əks etdirən görüntülər yaratmağı tələb edə biləcəklər. Lakin müqavilə səsləri və aktyorların simalarını əhatə etmir. Bu isə o deməkdir ki, məsələn, Sora-da Black Widow üçün video yaratmaq istədikdə, tətbiq Scarlett Johansson-a bənzər bir səs və ya görüntü verməyəcək.
Paylaş