Logo
    main-post-cover

    OpenAI yaxın zamanda o3 adlı yeni süni zəka sistemini anons edə bilər

    Süni İntellekt
    20.12.2024
    Emil
         OpenAI şirkətinin CEO-su Sam Altman, X-dəki (keçmiş Twitter) hesabında maraqlı bir paylaşım edib. Öz paylaşımı ilə Altman şirkətin yeni süni zəka modelinin yaxın zamanda istifadəyə veriləcəyinə işarə etmiş ola bilər. Öz paylaşımında o, “ho ho ho” ifadəsini qeyd edib. Bu, şirkətin Yeni ilə yaxın ola biləcək anonsuna işarə edir. Daha sonra isə Altman öz paylaşımına “oh oh oh” ifadəsini əlavə edib. Əlavə edilmiş ifadə şirkətin növbəti süni zəka sisteminin adına işarə edə bilər. Gözləntilərə əsasən söhbət, o3 adlı süni zəka sistemindən gedir. Qeyd etmək lazımdır ki, şirkət o1 adlı süni zəka sistemini artıq istifadəyə verib. Çox güman ki, indi isə şirkət öz diqqətini o3-ə yönəldib. Lakin nəyə görə o2 əvəzinə o3? Çox güman ki, bu, Böyük Britaniyanın O2 adlı mobil operatorunun adı ilə paralel təşkil etməməsi üçün edilib.
    Paylaş