
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
Süni İntellekt
11.09.2024
Emil
Artıq məlumdur ki, OpenAI şirkəti Strawberry adlı yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır və bu süni zəka sistemi ChatGPT çat-botunun tərkibində istifadəyə veriləcək. Bunun yaxın 2 həftə ərzində baş tutacağı gözlənilir. Strawberry adlı yeni süni zəka sisteminin əsas fərqləndirici özəlliyi isə onun cavabları təqdim etməmişdən öncə onlar barəsində düşünmə imkanı olmalıdır. Bu öz növbəsində istifadəçi ilə çat-bot arasındakı qarşılıqlı əlaqə keyfiyyətini yüksəltməlidir.
Strawberry adlı yeni süni zəka barəsində bu məlumatları onu test etmiş iki nəfər şəxsin rəylərinə əsaslanırlar. Məlumata əsasən Strawberry digər süni zəka sistemlərindən fərqlənir. Belə ki, digər süni zəka sistemləri istifadəçiyə cavabı olduqca tez təqdim etməyə səy göstərdikləri halda OpenAI tərəfindən hazırlanan yeni süni zəka sistemi öz cavablarını təqdim etməmişdən öncə onlar barəsində düşünə bilir. Bu innovativ düşüncə prosesi öz növbəsində daha dərin və dəqiq cavabların təqdim edilməsinə səbəb ola bilər.
Bu isə çat-botdan istifadə təcrübəsini daha da yaxşılaşdıracaq. Gözləntilərə əsasən yeni süni zəka sistemi ChatGPT-yə inteqrasiya edilsə də, müstəqil məhsul şəklində qalacaq. Lakin bu yeni süni zəka sisteminin istifadəçilərə hansı formatda təqdim ediləcəyi bilinmir. Məlumatda qeyd edilib ki, Strawberry-nin ilk versiyasının imkanları məhdudlaşdırılmış olacaq. Belə ki, o yalnız mətn formatında məlumatları emal və generasiya edə biləcək. Bu o deməkdir ki, hal-hazırki mərhələdə Strawberry adlı yeni süni zəka sistemi multimodal sistem deyil və nəticədə o, fotolarla çalışma bacarığına sahib deyil.
Paylaş
Ən çox oxunanlar

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
