Logo
    main-post-cover

    Opera brauzerinə ChatGPT və Claude dəstəyi gəldi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Opera istifadəçilərin süni intellektdən brauzer daxilində daha rahat yararlana bilməsi üçün yeni Browser Connector funksiyasını təqdim edib. Yeni xüsusiyyət sayəsində Opera OneOpera GX brauzerlərinin istifadəçiləri artıq ChatGPT və ya Claude çatbotlarını birbaşa brauzerə inteqrasiya edə biləcəklər.
        Bu funksiya aktiv olduqdan sonra süni intellekt istifadəçinin açıq olan səhifələrini və tab-larını analiz edə, həmin məlumatlardan kontekst götürərək verilən suallara daha uyğun cavablar təqdim edə biləcək. Yəni istifadəçi ayrıca mətn kopyalamağa ehtiyac duymadan, açıq olan veb səhifə ilə bağlı birbaşa AI-dan sual soruşa biləcək.
        Opera bildirib ki, Browser Connector funksiyası tamamilə pulsuz təqdim olunur və onu brauzerin Settings bölməsində yerləşən AI Services menyusundan aktivləşdirmək mümkündür. Qeyd edək ki, Opera son illərdə süni intellekt yönümlü həllər üzərində aktiv işləyən brauzer şirkətlərindən biridir. Şirkət ötən il aylıq 20 dollar dəyərində olan agent əsaslı Opera Neon AI brauzerini istifadəyə vermişdi. Yeni Browser Connector isə istifadəçilərə yalnız bir AI xidmətinə bağlı qalmaq əvəzinə fərqli platformalar arasında seçim etmək imkanı yaradır.
    Paylaş