main-post-cover

    OPPO-nun süni zəka alqoritmi GPT-4 ilə eyni səviyyədə rəqabət aparır

    Süni İntellekt
    29.09.2023
    Emil Nəcəfov
        Süni zəka dedikdə ilk növbədə ağıla Google, Microsoft, Meta, NVIDIA. OpenAI kimi şirkətlər gəlir. Lakin məlum olub ki, OPPO şirkəti də bu mövzuda bir xeyli irəli gedib. Çinin smartfon istehsalçısının verdiyi məlumata əsasən onun süni zəka modeli bəzi özəlliklərə görə digər bütün analoqları geridə qoyur. OPPO iddia edir ki, onun təbii dil emalı üçün nəzərdə tutulmuş AndesGPT adlı alqoritmi sadəcə OpenAI şirkətinin GPT-4 dil modelindən geridə qalır.
        Süni zəka sistemlərinin test olunmaları üçün nəzərdə tutulmuş SuperCLUE adlı bençmarkda aparılmış testlər nəticəsində OPPO-nun alqoritmi ikinci yeri tutub. Biliklərin və ensiklopedik imkanların qiymətləndirilməsi testində AndesGPT 98.33 xal toplayıb. GPT-4-də isə bu göstərici 100 xal təşkil edir. Yalnız çinlilər tərəfindən yaradılmış alqoritmlərə baxdıqda isə OPPO-nun AndesGPT adlı alqoritmi həqiqətən də birinci yeri tutur. Qeyd etmək lazımdır ki, AndesGPT şirkətin Xiaobu Assistant adlı virtual köməkçisinin əsasında yerləşir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər