Logo
    main-post-cover

    Oracle şirkətinin həmtəsisçisi: "Süni zəka əsaslı qlobal izlənmə sistemi insanların davranışlarını yaxşılaşdıracaq"

    Süni İntellekt
    17.09.2024
    Emil
         Oracle şirkətinin həmtəsisçisi və dünyanın ən varlı şəxslərindən biri olan Larry Ellison insanların süni zəka əsaslı qlobal izlənməsi sisteminin reallaşdırılması barəsində fikirlərini səsləndirib. Onun fikrincə bu cür sistem cəmiyyətdəki vəziyyəti daha da yaxşılaşdıracaq. İnvestorlarla görüş zamanı Larry Ellison bildirib ki, süni zəka inteqrasiyası izlənmə mövzusunda yeni dövrə qədəm qoyacaq və onun fikrincə süni zəka vətəndaşları daha yaxşı davranışlara sövq edəcək.
         Ellison hesab edir ki, gələcəkdə süni zəka küçə kameraları, polis kameraları, qapı zəngi kameraları və avtomobillərdəki kameralar da daxil olmaqla irimiqyaslı videomüşahidə sistemlərinin analizlərində mütəmadi olaraq istifadə ediləcək. “Biz nəzarət altında olacağıq. Hər bir polis nəzarət altında olacaq və əgər hər hansısa problem yaranarsa, süni zəka yaranmış problemi təyin edəcək onun barəsində məlumatları müvafiq şəxslərə ötürəcək. Vətəndaşlar özlərini daha yaxşı aparacaqlar. Çünki biz daimi nəzarət altında olacağıq” - deyə Ellison qeyd edib. Bundan əlavə olaraq Ellison bildirib ki, pilotsuz avtomobillər cinayətkarların təqib edilməsi mövzusunda ənənəvi avtomobilləri əvəz edəcəklər.
    Paylaş