main-post-cover

    Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atıb

    Süni İntellekt
    28.11.2022
    Farid Pardashunas
        Keçən həftənin sonunda Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atdı. Belə ki, sözügedən kosmik gəmi Ay ətrafı uzaq retroqrad orbitə çıxış edib. Bunun üçün o, Ay səthindən 54 000 km yüksəkliyə qalxıb. Bununla da Orion indiyənə kimi astronavtların daşınması üçün nəzərdə tutulmuş kosmik gəmilər arasında Yer kürəsindən ən uzaq məsafəni qətt etmiş kosmik gəmi oldu. Uzaq retroqrad orbit Laqranj nöqtələrinin sərhədlərindən kənarda olan stabil orbitdir. Bu stabilliyi isə Yer kürəsi, Ay, L1 L2 Laqranj nöqtləri arasında olan qravitasiya balansı təmin edir. Orion isə kosmonavtika tarixində ilk dəfə bu orbitdən istifadə edib.
        Sözügedən orbitə çxmaq üçün Orion öz mühərrikini 88 saniyə ərzində istifadə etməli olub. Bu həftə ərzində kosmik gəmi sözügedən orbitin yarısını qətt edəcək. Uzaq retroqrad orbitin yarısını qətt edəndən sonra Orion qravitasiya manevri reallaşdıraraq öz hündürlüyünü aşağı salacaq. Nəticədə Ayın qravitasiyası onu Yer kürəsinə tərəf istiqamətləndirəcək. Gözləntilərə əsasən kosmik gəmi 11 dekabr tarixində Sakit okeana düşəcək. Bu missiyanın uğurlu olacağı halda artıq 2024-cü ildə Artemis-2 missiyası reallaşdırılacaq. Həmin missiya çərçivəsində Orion Ay ətrafı uçuşunu astronavtların iştirakı ilə reallaşdıracaq. Həmin missiyanın da uğurlu olacağı halda 2025-ci ildə astronavtlar yenidən Ay səthinə ayaq basa bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər