Orion kosmik gəmisi Ay səthindən 130 km hündürlükdə uçuşunu reallaşdırıb (VİDEO)

Orion kosmik gəmisi Ay səthindən 130 km hündürlükdə uçuşunu reallaşdırıb (VİDEO)

Süni zəka və Elm
22.11.2022 PAYLAŞIM

    NASA-nın Orion adlı kosmik gəmisi Artemis 1 missiyası çərçivəsində öz kosmik səyahətini davam etdirir. Verilmiş məlumata əsasən kosmik gəmi Ay səthindən 130 km hündürlükdə uçuşunu artıq reallaşdırıb və onun ən uzaq orbitinə çatmaq üçün uçuşunu davam etdirir. Məlumatda qeyd edilib ki, Orion kosmik gəmisi Ayın qaranlıq tərəfində olub. Yer kürəsindən Ayın həmin tərəfi görünmür. Nəticədə kosmik gəmi maksimal dərəcədə Ay səthinə yaxınlaşıb və daha sonra ondan uzaqlaşmağa başlayıb.


    Yaxın bir neçə gün ərzində kosmik gəmi artıq Ayın ən uzaq orbitinə çatmalıdır. Məlumatda qeyd edilib ki, sözügedən manevr prosesini Orion avtomatik şəkildə reallaşdırıb. Artemis 1 missiyası çərçivəsində Orion Ay ətrafında tam dövrü reallaşdırmalı və daha sonra Yer kürəsinə geri qayıtmalıdır. Bu missiya ABŞ-ın yeni Ay proqramının bir hissəsidir. Yeni Ay proqramının əsas məqsədlərindən biri də bu onilliyin sonuna kimi Ayda tədqiqat bazasının yaradılmasıdır. Artemis 1 missiyası çərçivəsində NASA həmçinin özünü SLS (Space Launch System) adlı ağır raketini də test edib.

    Kosmik gəminin növbəti manevr uçuşu 25 noyabr tarixinə planlaşdırılır. Reallaşdırılacaq manevr uçuşu nəticəsində Orion Ayın ən uzaq orbitinə çıxacaq və 1 dekabr tarixinə kimi orda qalacaq. Daha sonra isə kosmik gəmi öz mühərrikini işə salacaq və Yer kürəsinə istiqamət alacaq. Kosmik gəminin Yer kürəsinin atmosferinə daxil olması və Sakit okeana düşməsi 11 dekabr tarixinə planlaşdırılır. Bununla da Artemis 1 missiyası yekunlaşacaq. Əgər Artemis 1 missiyası nəticədə uğurlu hesab edilsə, 2024-cü ildə Orion vasitəsilə Ay ətrafı uçuşa artıq astronavtlar yollanacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta-nın elmi süni zəka sistemi istifadəyə veriləndən 48 saat sonra deaktiv edil..

Meta şirkətinin Meta AI şöbəsinin mühəndisləri Galactica adlı süni zəka sistemini yaradıblar...


Orion kosmik gəmisi Ay səthinin yeni fotolarını göndərib

NASA-nın Artemis 1 Ay missiyası çərçivəsində Ay ətrafı uçuş səyahətini reallaşdıran Orion adlı kosmi..


James Webb teleskopu tarixdə ilk dəfə ekzoplanetin atmosferini detallı şəkildə a..

Görünür, WASP-39b adlı ekzoplanet Günəş sistemindən kənarda ən detallı şəkildə müşahidə edilmiş plan..


Google şirkəti fərdi şəkildə proqram kodu yaza biləcək süni zəka sistemi üzərind..

Verilmiş məlumata əsasən Google şirkəti yeni məxfi layihə üzərində çalışır.


James Webb teleskopu ən qədim qalaktika adına namizəd olan yeni qalaktikanı kəşf..

NASA-nın verdiyi məlumata əsasən James Webb kosmik teleskopu kainatın ən erkən qalaktikalarını aşkar..


Ay istiqamətində uçuşda olan Orion kosmik gəmisi Yer kürəsinin fotosunu çəkib..

Yaxın günlərdə bizləri son 50 ildə ilk dəfə reallaşdırılan yeni Ay missiyasının (Artemis 1) necə dav..

×