
Öz ulduzu ətrafında tam dövrü 1.1 milyon ilə reallaşdıran ekzoplanet aşkar edilib
Süni İntellekt
03.08.2021
İndiyənə kimi alimlər artıq minlərlə ekzoplanet aşkar ediblər. Lakin aşkar edilmiş ekzoplanetlərdən yalnız az bir hissəsi birbaşa müşahidə edilib. Belə ki, mövcud olan teleskoplar vasitəsilə onları görmək çox çətin məsələdir. Lakin alimlər Yer kürəsindən 35 işıq ili uzaqlığında yerləşən bir ekzoplaneti birbaşa müşahidə etməyi bacarıblar. Bu, Günəş sisteminə ən yaxın olan birbaşa müşahidə olunmuş ekzoplanetdir. COCONUTS-2b adını əldə etmiş ekzoplanet bir sıra maraqlı özəlliyə sahibdir. Belə ki, o, qaz nəhəngidir və Yupiterdən 6 dəfə böyükdür.
Bununla yanaşı COCONUTS-2b öz ulduzundan o qədər uzaqda yerləşir ki, onun ətrafında tam dövr üçün 1.1 milyon il vaxt lazım olur. Bu isə bilinən bütün ekzoplanetlər arasında rekord göstəricidir. Alimlər qeyd ediblər ki, sözügedən ekzoplanet öz ulduzundan çox uzaqda yerləşməsi sayəsində onu aşkar etmək mümkün olub. Bundan əlavə olaraq ekzoplanetin temperaturu hələ də isti olaraq qalır. Onun temperaturu 160 dərəcə Selsi təşkil edir. COCONUTS-2b-nin yaşı 800 milyon il təşkil edir. Beləliklə o, cavan ekzoplanetlər sinifinə daxildir.
Onun yüksək temperaturunun səbəbi ondan ibarətdir ki, həmin istilik ekzoplanetin yaranma prosesindən qalıb. Əslində bu ekzoplanet hələ 2011-ci ildə aşkar eidlmişdi. Lakin həmin vaxtda alimlər düşünürdülər ki, bu, müstəqil şəkildə hərəkət edən obyektdir. Lakin indi alimlər təsdiqləyiblər ki, sözügedən ekzoplanet əslində COCONUTS-2A adlı aşağı kütləli ulduz ilə qravitasiya əlaqəsindədir. COCONUTS-2A ulduzunun kütləsi bizim Günəşin kütləsindən 30% daha aşağıdır və o, 10 dəfə daha cavandır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...