Reklam
Öz ulduzu ətrafında tam dövrü 1.1 milyon ilə reallaşdıran ekzoplanet aşkar edilib

Öz ulduzu ətrafında tam dövrü 1.1 milyon ilə reallaşdıran ekzoplanet aşkar edilib

Süni zəka və Elm
03.08.2021 PAYLAŞIM

    İndiyənə kimi alimlər artıq minlərlə ekzoplanet aşkar ediblər. Lakin aşkar edilmiş ekzoplanetlərdən yalnız az bir hissəsi birbaşa müşahidə edilib. Belə ki, mövcud olan teleskoplar vasitəsilə onları görmək çox çətin məsələdir. Lakin alimlər Yer kürəsindən 35 işıq ili uzaqlığında yerləşən bir ekzoplaneti birbaşa müşahidə etməyi bacarıblar. Bu, Günəş sisteminə ən yaxın olan birbaşa müşahidə olunmuş ekzoplanetdir. COCONUTS-2b adını əldə etmiş ekzoplanet bir sıra maraqlı özəlliyə sahibdir. Belə ki, o, qaz nəhəngidirYupiterdən 6 dəfə böyükdür.


    Bununla yanaşı COCONUTS-2b öz ulduzundan o qədər uzaqda yerləşir ki, onun ətrafında tam dövr üçün 1.1 milyon il vaxt lazım olur. Bu isə bilinən bütün ekzoplanetlər arasında rekord göstəricidir. Alimlər qeyd ediblər ki, sözügedən ekzoplanet öz ulduzundan çox uzaqda yerləşməsi sayəsində onu aşkar etmək mümkün olub. Bundan əlavə olaraq ekzoplanetin temperaturu hələ də isti olaraq qalır. Onun temperaturu 160 dərəcə Selsi təşkil edir. COCONUTS-2b-nin yaşı 800 milyon il təşkil edir. Beləliklə o, cavan ekzoplanetlər sinifinə daxildir.

    Onun yüksək temperaturunun səbəbi ondan ibarətdir ki, həmin istilik ekzoplanetin yaranma prosesindən qalıb. Əslində bu ekzoplanet hələ 2011-ci ildə aşkar eidlmişdi. Lakin həmin vaxtda alimlər düşünürdülər ki, bu, müstəqil şəkildə hərəkət edən obyektdir. Lakin indi alimlər təsdiqləyiblər ki, sözügedən ekzoplanet əslində COCONUTS-2A adlı aşağı kütləli ulduz ilə qravitasiya əlaqəsindədir. COCONUTS-2A ulduzunun kütləsi bizim Günəşin kütləsindən 30% daha aşağıdır və o, 10 dəfə daha cavandır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...


Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı ..

×