main-post-cover

    Parker Solar Probe adlı aparat ilk dəfə Günəş atmosferinə daxil olub (VİDEO)

    Süni İntellekt
    16.12.2021
    Emil Nəcəfov
        NASA mütəxəssisləri tarixi hadisə barəsində məlumat veriblər. Belə ki, NASA-nın Parker Solar Probe adlı aparatı Günəş atmosferinə toxunmuş ilk aparat oldu. Bu ilin yaz fəslində 8-ci dəfə Günəşə yaxınlaşan zaman aparat Günəş tacına ilk dəfə daxil olmuş və bu təcrübə çərçivəsində Günəş küləyinin strukturu və tərkibi barəsində dəyərli məlumatları əldə etmişdi. Əldə edilmiş məlumatlar günəşdə baş verən prosesləri daha yaxşı anlamağa imkan verəcəklər. NASA-nın Parker Solar Probe adlı aparatı 2018-ci ildə Günəşə maksimal məsafədə yaxınlaşmaq məqsədi üçün göndərilmişdi.
        Aparatın daxilində olan elmi təchizat karbon lifindən hazırlanmış 12 sm-lik qoruyucu örtüyə sahibdir. Buna görə də elmi təchizat ekstremal yüksək temperatur şəraitinə dözümlü olmalıdır və Günəşdə yaranan ionlaşmış hissəciklərin davranışlarını analiz etməlidir. Aparat 24 dəfə Günəşə yaxınlaşma üçün nəzərdə tutulub. Hər dəfə yaxınlaşma məsafəsi daha da maksimal olur. Bununla belə kosmik aparat cazibə qüvvəsi hesabına hər dəfə daha çox sürət yığır. Bir neçə müddət bundan öncə aparat 10-cu dəfə Günəşə yaxınlaşmışdı. Həmin vaxtda o, 8.5 km hündürlüyə eniş etmiş və saatda 586.864 km sürət yığmışdı.
        Məlumatda qeyd edilib ki, Günəşə 24-cü dəfə yaxınlaşan zaman aparat 6.1 km hündürlüyə eniş edəcək və nəticədə məhv olacaq. Qeyd etmək lazımdır ki, indiyənə kimi insan tərəfindən yaradılmış heç bir aparat günəş atmosferinə daxil olmayıb. Aparat vasitəsilə əldə edilmiş məlumatlar bir çox şeyin aydınlaşdırılmasında yardımçı olacaqlar. Məsələn Günəş tacındakı temperatur səthdəki temperaturdan daha yüksəkdir. Bu məsələ ilə bağlı çoxlu sayda nəzəriyələr mövcuddur və aparat vasitəsilə əldə edilmiş məlumatlar əsl faktı təyin etməkdə yardımçı olacaqlar.
    Linki kopyala