Pentaqonun süni zəka mütəxəssisi ChatGPT barəsində: 'Bəli, mən həqiqətən də qorxuram'

Pentaqonun süni zəka mütəxəssisi ChatGPT barəsində: 'Bəli, mən həqiqətən də qorxuram'

Süni zəka və Elm
05.05.2023 PAYLAŞIM

    Pentaqonun süni zəka texnologiyaları üzrə şöbəsinin rəhbəri olan Craig Martell bildirib ki, generativ süni zəka sistemləri dezinformasiya üçün ideal alət ola bilərlər. Ondan generativ süni zəka sistemləri barəsində fikirləri soruşan zaman Craig Martell məhz bu cür cavab verib. “Bəli, mən həqiqətən də qorxuram. Bu mənim fikrimdir”. Martell qeyd edib ki, ChatGPT kimi süni zəka sistemləri real problemlərin yaranmasına səbəb olurlar. Çünki bu cür sistemlər qəbul edilən sualların və tərtib edilən cavabların kontekstlərini anlamırlar.

    İnsanlar isə bu sistemlərin təqdim etdikləri cavabları faktlar kimi qəbul edirlər. “Bu, mənim ChatGPT qarşısında olan ən böyük qorxumdur. O öz fikirlərini müstəqil şəkildə ifadə etmək məsələsində təlimatlandırılıb və bununla yanaşı o, nüfuzlu şəxsin danışa biləcəyi tərzdə danışır. Məhz bu səbəbdən siz onun təqdim etmiş olduğu məlumatların hətta səhv olduqları halda belə ona inanırsınız. Bu isə o deməkdir ki, bu, dezinformasiya üçün yaxşı bir alətdir. Biz həqiqətən də bu cür dezinformasiya hallarının təyini üçün nəzərdə tutulmuş alətlərə sahib olmalıyıq. Biz hal hazırda bu cür alətlərə sahib deyilik” - deyə Craig Martell qeyd edib. 




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×